"Qarabağ" ən yüksək reytinq xallı qrupa düşdü
"Qarabağ" klubu Avropa Liqasında ən yüksək reytinq xallarına malik qrupa düşüb.
Bu, Avroliqanın qrup mərhələsinin Monakoda keçirilmiş püşkatma mərasimindən sonra məlum olub.
E qrupundakı rəqiblərdən İngiltərə “Arsenal”ı 93.000 xala, Portuqaliya “Sportinq”i 40.000 xala, "Vorskla" 8,226 reytinq xalına malikdir. "Qarabağ"ın isə 20,500 xalı var. 4 komandanın xalları toplandıqda cəmi 161.726 alınır ki, bu da qruplarda ən yüksək göstəricidir.
Ayrılıqda isə "Sportinq" 2-ci səbətdə birinci, "Arsenal" ilk səbətdə ikinci, "Vorskla" 4-cü, "Qarabağ" isə 3-cü səbəbtdə üçüncü ən yüksək reytinqli komanda olub.
Digər tərəfdən, Azərbaycan təmsilçisinin hər 3 rəqibi Avroliqanın qrupuna birbaşa vəsiqə qazanıb. "Arsenal" İngiltərə Premyer Liqasında 6-cı, "Sportinq" Portuqaliya Primeyrasında, "Vorskla" isə Ukrayna Premyer Liqasında 3-cü yeri tutub. Hər üç komanda öz ölkələrinin yüksək reytinqə malik olmaları səbəbindən təsnifat mərhələlərində mübarizə aparmayıblar. "Qarabağ" isə Çempionlar Liqasında 3 təsnifat, Avropa Liqasında isə pley-off mərhələsində çıxış edib.
Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 20-də start veriləcək (“Report”).
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |