“Neftçi”nin 52 ay gözlədiyi nə idi?
Topaz Premyer Liqasına ardıcıl iki qələbə ilə başlayan “Neftçi” ötən mövsümün sonunda başlayan uğurlu seriyasını 5-ə çatdırıb.
Sportfm.az xəbər verir ki, “ağ-qaralar” öz meydanında “Qəbələ”ni 2:1 hesabı ilə üstələməklə ardıcıl 5-ci qələbəsini qazanıb. 2017/18 mövsümünün finişində “Qarabağ”ı 1:0, “Səbail”i 3:1, “Kəpəz”i 2:1 hesabı ilə məğlub edən bakılılar ötən tur “Sumqayıt”ın qapısından iki cavabsız qol keçirmişdi. Bu 5 qarşılaşmada 10 qol vurub, 3-nü buraxan “Neftçi” sonuncu dəfə belə qələbə seriyasına 2013/14 mövsümündə imza atmışdı. 2014-cü ilin mart-aprel aylarındakı 5 oyunluq qələbə seriyası 52 aydan sonra təkrarlanıb.
Sonuncu dəfə aprelin 23-də “Keşlə” ilə matçda (1:2) xal itirən “Neftçi” növbəti turda “Qarabağ”la Azərbaycan derbisinə çıxacaq.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |