"Azərbaycanda inəyi doğrayıb 24 saat bişirirlər" - Toni Adams
"Qəbələ" klubunun sabiq baş məşqçisi Toni Adams yemək-içməyə olan marağından danışıb.
Sportfm.az xəbər verir ki, İngiltərə "Arsenal"ının əfsanəvi kapitanı "Guardian"a müsahibəsində 1980-ci illərdə oyunlardan sonra avtobusda bunun üstündə bəhsə girdiklərini xatırladıb.
O hətta içkili halda oynadığı halda, matçın ən yaxşı futbolçusu sayıldığını vurğulayıb: "Mən bunun səbəbini anlamaq üçün psixoterapevtə getdim. O mənə alkoqoldan qurtulmaq üçün 20 tapşırıq verdi. Lakin mən bunlardan imtina etdim. Bir dəfə isə o qədər pivə içdim ki, barın sahibləri əlimdən təngə gəldilər".
Adams Azərbaycanda və digər ölkələrdə çalışdığı vaxt yerli mətbəxlərdən daddığını da xatırladıb: "Azərbaycanda belə bir yemək var: İnəyin bütün hissələrini doğrayıb qazana atırlar və 24 saat bişirirlər. İspaniyada olduğum vaxt isə pivənin yanında bütün çərəzləri pulsuz verirdilər".
Hazırda işsiz olan sabiq futbolçu və baş məşqçi ən sevimli içkilərindən biri kimi çaxırın adını çəkib: "Adətən, mən bir, iki, üç, hətta dörd butulka şərab içirdim".
Qeyd edək ki, Toni Adams 2010-cu ilin mayından 2011-ci ilin dekabrınadək baş məşqçi kimi çalışıb. O, 2012-ci ilin oktyabrında "qırmızı-qaralar"a idman direktoru kimi qayıdıb. (Sportnet.az)
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
“Sabah” – “Zirə” oyununun biletləri satışda 28.03.2024, 20:30
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |