“Xan Lənkəran”la bağlı qərar verildi - “Bütün ödənişlər geri qaytarılacaq”
Bir müddət əvvəl yaradılan və 1-ci divizionda oynamaq istəyib, AFFA tərəfindən bu istəyinə “yox” cavabı alan “Xan Lənkəran”dan yeni xəbər var.
AFFA İcraiyyə Komitəsinin qərarı ilə 1-ci divizionda oynamayacağı dəqiqləşən “Xan Lənkəran” belə demək mümkünsə, böyük futbol meydanından çəkilir. Komandanın hissələrini almaq üçün pul ödəmiş bütün şəxslərin ödənişləri də geri qaytarılacaq.
Sportfm.az saytı xəbər verir ki, bu barədə Komanda.az-a “Xan Lənkəran”ın yaradıcısı Rəsul Şükürsoy məlumat verib:
“Birinci divizion məsələsi bizim üçün qapanıb. AFFA İcraiyyə Komitəsinin məlum qərarından sonra sponsorluq məsələsində anlaşdığımız və hissələrin böyük qismini bron etmiş şəxslərdən bir həftə möhlət istəmişdik. Sağ olsun, bir həftə sonra AFFA-nın baş katibi Elxan Məmmədovdan aldığımız cavab məktubunda İK-nin bərbad qərarına istinad edildi. Bununla da layihənin 1-ci divizionla bağlı planlar hissəsinə xitam verildi. Çünki "Xan Lənkəran" peşəkarlardan qurulmuş klubdur. Biz bu heyət, bu planlarla həvəskar yarışda çıxış edə bilmərik. Bunu həm də mənasız və faydasız sayırıq.
İdarə heyətinin ümumi qərarı ilə ölkə xaricindən gələn təkliflərə yönəlmişik. İndi Türkiyədəyik. Bu gün Kocaeli Regional İdman Federasiyasının prezidenti və bölgənin futbol ictimaiyyətinin nümayəndələri ilə görüşəcəyik. Burdan bizə klub təklif olunub. Şərtləri, prinsipləri müzakirə edəcəyik. "Xan Lənkəran" isə qarşıdakı bir il ərzində institut, maarifləndirmə mərkəzi kimi fəaliyyətini davam etdirəcək. Bakıya qayıtdıqdan sonra hissə almış şəxslərlə toplantı keçirəcəyik. Bütün ödənişlər geri qaytarılacaq. Biz isə idarəçiliyi gənclərə həvalə edəcəyik. Yeni idarə heyətinə layihənin inkişafı, növbəti mövsümdə daha yaxşı baza ilə müraciət etmək üçün dəstək verəcəyik. Əlimiz yenə də klubun üzərində olacaq. Gənclərə ehtiyac olduğu qədər şərait yaradacağıq. Həm də bizim ölkə xaricində işimiz onlar üçün nəzəri və maarifləndirmə xarakteri daşıyacaq”.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |