Qurban Qurbanov: "Bunları müqayisə etmək olmaz"
Sportfm.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ"la BATE (Belarus) arasındakı ilk qarşılaşmadan öncə baş tutan mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- BATE komandamıza nədə çətinlik yarada bilər?
- Hamısı meydanda öz yerini yaxşı bilir. Təcrübəli futbolçulardan qurulmuş bir komandadı.
- Belarus çempionatı davam edir. Bu amil oyuna təsir edə bilərmi?
- Daxili yarışla, belə turnirlər arasında çox fərq var. Bunları müqayisə etmək olmaz.
- Rəqibin baş məşqçisi bildirib ki, "Qarabağ"a məğlubiyyət onlar üçün sürpriz olacaq.
- Buna fikir bildirmək düzgün deyil. Başqa komandalar fərqli düşünür, belaruslar isə belə görünür ki, tamamilə ayrı fikirdədi.
- BATE səfərdə daha yaxşı təsir bağışlayır.
- Bununla razıyam. Biz də səfərdə pis oyun nümayiş etdirmirik. Hər şey meydanda həll olunacaq.
- Matçın baş hakimi vərəqəyə meylli hesab olunur. Buna qarşı hansısa tədbir görmüsünüzmü?
- Bizim oyunlarda hakim səhvləri çox olub. Ancaq onlarda insandı, səhv edə bilərlər.
- Belarus mətbuatı öz komandasına inanmır. Siz isə deyirsiniz ki, rəqib çox güclüdür.
- Onların Finlandiya komandası ilə qarşılamada çoxlu qol epizodları oldu. Təcrübələrini ortaya qoyaraq, mərhələni keçdilər. Belaruslar uzun illərdir avrokuboklarda çıxış edir.
- Komandamız oyundan fərqlənməyə çətinlik çəkir.
- Biz bunun üzərində çalışırıq. Amma nəzərə alın ki, qol epizodlarını yaratmaq da asan deyil.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |