Alfa Liqaya yekun vuruldu, Rəcəb Fərəczadə məşqçi kimi ilk kubokunu qazandı
Minifutbol üzrə Alfa Liqaya yekun vurulub.
Sportfm.az xəbər verir ki, Azərbaycan MiniFutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə 32 komanda mübarizə aparıb. Ötən gün turnirin final matçı baş tutub. Azfar stadionunda Peçat Dönər-lə KATV1 üz-üzə gəlib. Qarşılaşmaya daha yaxşı başlayan Rəcəb Fərəczadənin rəhbərlik etdiyi Peçat Dönər 2-0 hesabı ilə önə keçib. İrəliləyən dəqiqələrdə Elçin Məmmədovun qolu ilə fərqi minimuma endirən KATV1 əks-hücum nəticəsində daha bir qol buraxaraq, matçda 1-3 hesabı ilə məğlub olub. Matçdan sonra AMF tərəfindən mükafatlandırma mərasimi təşkil edilib. Alfa Liqanın bombardiri Şamxal Məlikov(KATV1), assistent kralı Emin Quliyev(Sirena Motors) və çempionat boyu 52 seyvlə yadda qalan Həzrət Mirzəyev(Sirena Motors) xüsusi suvenirlə yanaşı, pul mükafatına layiq görülüb. Alfa Liqada 3-cü olan Sirena Motors, finalda məğlub olan KATV1-in oyunçuları da müvafiq olaraq, bürünc və gümüş medallarına qovuşub. Sonda isə Alfa Liqanın qalibi olan Peçat Dönər komandasına qızıl medallar və kubok təqdim edilib.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |