Rusiyada futbol üzrə dünya çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, əvvəlcə meydana Braziliya və Meksika yığmaları çıxıb. Braziliyalılar rəqibini məğlub edib.
Günün ikinci matçında isə Belçika ilə Yaponiya qarşılaşacaq. Belçika yer aldığı G qrupunda keçirdiyi oyunların hamısında qələbə qazanmışdı. Yaponlar isə növbəti mərhələyə son anda, “fair-play” qaydası ilə vəsiqə qazanıb. Belçika bu görüşün favoriti sayılır.
DÇ-2018, 1/8 final
2 iyul
Braziliya - Meksika 2:0
Qol: Neymar, 51. Roberto Firmino, 88.
Baş hakim: Canluka Rokki (İtaliya)
Samara, “Kosmos Arena”