Millinin üzvünü döyən məşqçi "Qəbələ"dən qovuldu
"Qəbələ"nin Futbol Akademiyasında yaşanan və saytımızın üzə çıxardığı xoşagəlməz olay barədə xəbər vermişdik. Qısaca xatırladaq ki, "qırmızı-qaralar"ın U-15 komandasının baş məşqçisi Rakif Əliyev məşqlərin birində qeyri-etik ifadələr işlətdiyinə görə yetirməsi Kamal Kazımovu döymüşdü. Döyüldüyünə görə məşqi erkən tərk edən yeniyetmə futbolçu başına gələnləri telefonla anasına çatdırıb. Oğlunun döyülməsi ilə barışmayan valideyn isə başverənlərlə bağlı Sportfm.az saytına açıqlama verib. Ana bildirib ki, baş məşqçi artıq neçənci dəfədi eyni hərəkətə yol verir.
Akademiyada yaşananlara biganə qalmayan "Qəbələ" rəhbərliyi "Futbol plus" qəzetinə açıqlamasında araşdırma aparacağını, qısa vaxtda günahkarları üzə çıxarıb cəzalandıracağını bildirmişdi.
Sözügedən qəzetlə əlaqə saxlayan akademiyanın meneceri Nail Kərimov bunları bildirib: "Ötən dəfə sizə araşdırmanın başa çatdığını, rəhbərliyin qərar verəcəyini söyləmişdim. Artıq qərar məlumdu. Yol verdiyi xoşagəlməz əmələ görə Rakif Əliyev akademiyadan kənarlaşdırılıb".
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |