Unikal göstəriciyə imza atan komandanın baş məşqçisi: Bu zonanın böyük potensialı var
Bu mövsüm qızlar arasında keçirilən U-13 liqasında unikal göstərici qeydə alınıb. Belə ki, AFFA-nın təşkil etdiyi turnirdə gümüş medalları qazanan Balakən təmsilçisi "Qubek" komandası mövsümboyu öz qapısından cəmi 4 top buraxıb. Cəmi iki ildir yaranan klub bu toplardan ikisini final matçında öz qapısında görüb. Həlledici matçda "Təhsil"ə məğlub olan "Qubek"in baş məşqçisi, vaxtilə "Simurq"da çalışmış İdris Bədirov Sportfm.az saytına uğurun sirrini açıqladı:"Balakəndə qadın futboluna böyük maraq var. Rayonda 13, 16 və 19 yaşlılardan ibarət komandalarımız fəaliyyət göstərir. Oyunçularımız müxtəlif yaş qrupları üzrə yığma komandalarımıza cəlb edilir. Bu çox sevindirici haldır. Arxada qalan mövsümdə 13 yaşlılarımız çox gözəl çıxış etdi. Çempionatda 53 dəfə rəqib qapılarına yol tapdıq. Müdafiədə etibarlı oynadıq. Turnirin pley-off mərhələsində ümumiyyətlə qapımızda qol görmədik. Finalda isə rəqib bizdən güclü oldu. Onları təbrik edirəm. Növbəti mövsüm qızıl medalları qazanmaq üçün var gücümüzü ortaya qoyacağıq. Bu uğurda payı olan hər kəsə - oyunçulardan, məşqçilər korpusundan tutmuş, AFFA, Balakən Olimpiya Kompleksi və rayon rəhbərliyinə qədər hər kəsə minnətdaram. Bu zonanın böyük potensialı var. Bundan istifadə etmək lazımdır".
Qeyd edək ki, "Qubek" pley-off mərhələsində "Naftalan", Amasiya", UGİM İsmayıllı komandaları məğlub edib.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |