"Mən hələ “Qarabağ”ı demirəm"...MÜSAHİBƏ
Arıq cüssəli, meydançada ən döyüşkən futbolçu zədələnərək kənara alınır. Bir çox matçlarda Nuqzar Lobjanidze məhz rəqiblə dişə-diş mübarizələrdən sonra zədə alaraq əvəz edilirdi. Hazırda Gürcüstanın Kvemo-Kartli regional futbol federasiyasında çalışan sabiq futbolçu söhbətə başlayarkən o günləri təbəssümlə xatırlayır:
- Yaxşı yadımdadı, UEFA Kubokunda "Dinamo” Tbilisinin heyətində "Boavişta”ya 0:5 hesabı ilə məğlub olurduq, komanda yoldaşlarımın üstünə qışqırırdım, məğlubiyyəti həzm edə bilmirdim. Epizodların birində rəqibin hücum xəttinin üç futbolçusu ilə sərt mübarizəyə girişdim, özünü yetirən 4-cü portuqaliyalı mənə arxadan zərbə endirdi. Ayılanda artıq baş məşqçimiz David Kipianinin yanındaydım. Ağrıdan gözlərimdən yaş gəlirdi, ancaq komandamı meydanda yalnız buraxa bilməzdim. Onsuzda Zviad Djeladze qırmızı vərəqə alaraq bizi azlıqda qoymuşdu. Meydançaya qayıdıb sona qədər oynadım.
- Sizə futbol dünyasında nadir rast gəlinən "Skelet” ləqəbini kim verib?
- Mən Tbilisinin yaxınlığında yerləşən Rustavi şəhərində doğulmuşam. 8 yaşında olarkən yerli "Metallurq” stadionunda futbol bölməsinə getmişəm. Uşaq yaşlarımda çox arıq idim, hətta qabırğalarımı belə asanlıqla saymaq olardı. İlk məşqçim olan Tamaz Dodaşvili(P.S. Qoça Camarauli, Qilasoniya qardaşları və s. futbolçuları yetişdirən mütəxəssis) arıq olduğum üçün məni "skelet” deyə çağırırdı. Sonralar bütün karyeram boyu o adı üzərimdə daşıdım.
Hər bir istedadlı gürcü futbolçunun yolu mütləq "Dinamo”dan düşür
- Mən uşaq komandasından "Qorda” Rustavinin heyətinə cəlb edildikdən sonra heyətdə xeyli dəyişiklik oldu. Üç mövsüm burada oynadıqdan sonra "Dinamo”ya baxışa dəvət etdilər. Orada mənimlə yanaşı, Gürcüstanın bir çox bölgələrindən gənc futbolçular vardı. Bir aya yaxın Tbilisi klubunun yoxlanışında iştirak etdim. Son məşq bitdikdə komandanın inzibatçısı mənim otağıma gələrək, sənədlərimi gətirməyi tapşırdı. Sevincimin həddi-hüdudu yox idi. Beləliklə, "Dinamo” Tbilisi karyerama start verdim. Ümumiyyətlə hər bir istedadlı gürcü futbolçunun yolu mütləq "Dinamo”dan düşür.
- Nuqzar nədənsə "Dinamo”da qeyri-gürcü olan futbolçulara az rast gəlinir.
- Mən bilirəm siz nəyə işarə edirsiniz(gülür). "Dinamo” elə SSRİ dönəmindən respublikanın əsas baza klubu hesab olunurdu. Ancaq Diqomidə yerləşən bazada yazılmayan qanun mövcüddu. Klub həm ruhuna, həmdə soyadlara görə gürcü komandası imicini qoruyub saxlamalıdı. Təbii ki, potensiallı oyunçu olarsa, onun milliyəti əhəmiyyət daşımır.
Azərbaycanda yeni nəsil yetişir
- Karyeranızı bitirdikdən sonra uzun illərdir futbol sahəsində çalışırsınız. Bu müddətdə Azərbaycan futbolu ilə tanış olmaq imkanınız olubmu?
- Bəli, belə bir imkanım olub. Təqribən 7-8 il öncə(P.S 2009-cu ildə) "Qəbələ” FK-nın dəvəti ilə klubun akademiyasını ziyarət etmişəm. Gördüklərim məni xeyli təəccübləndirdi. Türkiyəli mütəxəssis (P.S. Akademiyanın sabiq rəhbəri Ali Yavaş) bizi uşaqların hazırlıq prosesini izləmək üçün dəvət etmişdi. Hər dəfə avrokuboklarda "Qəbələ” komandasının adını duyduqda, həmin baza yadıma düşür. İki dəfə Tovuza səfər etmişəm. Orada həddindən artıq istedadlı uşaqlar var. Biz müxtəlif yaş qrupları üzrə turnirlər təşkil etdikdə Azərbaycanın bizə yaxın bölglərindən olan kollektivləri dəvət edirik.
- Və həmin "Qəbələ” Avropa liqasında iki mövsüm dalbadal Gürcüstan təmsilçilərini mübarizədən kənarlaşdırıb.
- Bu belədə olmalıdı. Çünki elə infrastrukturu, maliyyə dayaqları olan komandayla matçlarda bizim klubların qalib gəlmək şansı çox azdı. Mən hələ "Qarabağ”ı demirəm. Onların ingilislərlə matçını izlədim(P.S "Tottenhem Hotspur”la səfərdəki oyun), etiraf edim ki, onlar Avropa səviyyəli komandadı.
- Son vaxtlar azərbaycanlı futbolçular Avropaya, əsasəndə Portuqaliyaya köçürlər.
- Əslində, bu proses daha əvvəl başlamalı idi. Sizdə dövlət proqramı qəbul edildikdən sonra 1995-ci il təvəllüdlü uşaqların 10 yaşı vardı. Hazırda onlar gənc futbolçulardı və içərilərində xeyli sayda yüksək potensiallı oyuçu var. Hazırlğını Gürcüstanda keçən Bakı "İnter”nin heyətində xeyli belə futbolçu görmüşəm. Ümumiyyətlə Azərbaycanda aşağı yaş qrupları üzrə yığmaların nəticələrini nəzərə alsaq, əminliklə demək olar ki, ölkənizdə yeni nəsil futbolçular yetişir. Həmin gənclər daha yaxşı səviyyəyə çatmaq istəyirlərsə, mütləq xaricə üz tutmalıdır.
Söhbətləşdi: Araz Əhmədov
Biz İzləyin
REKLAM
Paylaşın
Xəbər lenti
“Qarabağ” “Azərsun Arena”ya qayıtmayacaq - Mövsümün sonunadək 29.03.2024, 17:15
Bakıda lisenziya yarışında 33 ölkə iştirak edəcək 29.03.2024, 17:12
"Qəbələ" - "Neftçi" - START HEYƏTLƏR 29.03.2024, 16:00
“Bahar Kuboku 2024” başa çatdı 29.03.2024, 15:56
Uilli Kirk qalmaqallı şəkildə istefaya göndərildi 29.03.2024, 15:29
İki turun təqvimi açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 14:52
Yarımfinal oyunlarının saatı bilindi - Azərbaycan Kuboku 29.03.2024, 14:47
Cüdoçularımız ilk gündə uğursuz çıxış etdi - Böyük Dəbilqə 29.03.2024, 13:46
Rusiyalı Olimpiya çempionu dələduzluqda ittiham olunur 29.03.2024, 13:28
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |