Azərbaycan klubu hərraca çıxarılır
Təbrizin “Traxtur” futbol klubunun yaxın günlərdə hərraca çıxarılacaq. Ancaq, hələlik onun qiyməti barədə qərar verilməyib.
Sportfm.az xəbər verir ki, bu barədə Güney Azərbaycana bağlı saytlar məlumat yayıb.
“Bir neçə gün əvvəl “Traxtur” klubunun mayın 12-də hərraca çıxarılacağı barədə xəbər yayılıb. Bununla bağlı bəzi mətbuat orqanlarında klubun çox bahalı qiymətə satılacağı haqda müxtəlif rəqəmlər dərc olunub. Bu xəbərlərin heç biri həqiqəti əks etdirmir, hələlik klubun hazırkı sahibi olan İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) və Silahlı Qüvvələrin Baş Qərargahı klubun qiyməti ilə bağlı qərar verməyib”, deyə məlumatda qeyd olunub.
Bildirilib ki, klubun qiyməti mütəxəssis rəyi əsasında təyin olunacaq. Bundan sonra rəsmi qəzetdə klubun hərraca çıxarıldığı elan olunacaq və onu almaq istəyənlərlə müzakirələrə başlanılacaq.
Bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, Təbriz Bələdiyyə İdarəsi və “Qostəreşe fulad” klubunun sahibi klubu almaq istəyənlər sırasında yer ala bilər.
Bu arada “Bərnameyi Nəvəd” saytı “Traxtur”un təcrübəli oyunçusu Məhəmməd İranpuryanın komandadan ayrıla biləcəyini açıqlayıb. Bildirilib ki, M.İranpuriyan Tehran və İsfahan klublarından təklif alıb, o “Traxtur” komandasından ayrıla bilər.
Bir neçə ildir “Traxtur”da oynayan M.İranpuryan komandanın ikinci kapitanı olub, onun Azərbaycan komandasında qalıb-qalmayacağı yaxın günlərdə məlum olacaq.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |