"Xəzər Lənkəran"ın prezidentinə "Spartak"ın sponsorundan ağır zərbə
Rusiyanın "Lukoil" şirkətinin törəmə şirkəti olan "Litasco" "Xəzər Lənkəran" futbol klubunun prezidenti Mübariz Mənsimovun "Palmali Shipping" şirkətinə məxsus iki neft tankerini həbs edib.
Sportfm.az xəbər verir ki, virtualaz.org saytına məlum olub ki, tankerlərdən birinə Danimarkanın "Aalbaek Bay" limanında bir neçə gün əvvəl həbs qoyulub. Digər tanker isə Estoniya limanlarından birində saxlanılıb. Tankerlərin "Litasco"ya olan bunker ödəmələri borcuna görə həbs edildiyi bildirilir. Danimarka limanında saxlanılan tanker Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin adını daşıyır. Estoniya limanında saxlanılan isə 2002-ci ildə inşa edilən "Bozdag" tankeridir.
"Litasco" şirkəti tankerlərə həbs qoyulmasını şərh etmir. Danimarka limanında saxlanılan tankerin ekipajı 12 nəfərdən ibarətdir və onlar Rusiya vətəndaşlarıdır.
Bu ilin əvvəllərində məlum olmuşdu ki, Mübariz Mənsimov "Litasco" şirkətinin əleyhinə London məhkəməsində iddia qaldırıb və 2 milyard dollar təzminat tələb edir. Mənsimov bildirir ki, Moskvanın "Spartak" klubunun sponsoru, prezidenti həmyerlimiz Vahid Ələkbərov olan "Lukoil" "Palmali" şirkəti ilə neftin daşınmasına dair 10 illik müqavilə bağlayıb. Lakin daha sonra müqaviləni pozub və onun şirkətini milyardlarla dollar zərərə salıb.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |