Uşaq futbolu: Nədən başlayaq, necə davam edək? - QEYD
Sovet İmperiyasının dağılmasından sonra viran qalan ölkə futbolu sanki nokdauna düşüb. Futbolumuz rinqin içərisində ora-bura səngərləyir, hərdən ayılıb döyüşə davam etmək istəyir, ancaq ilk zərbəni vurandan sonra baxır ki, gücü tükənib. Bəli, bu gün ölkə futbolunun gücü olan uşaq futbolu yox dərəcəsindədir. Uşaq futbolu yoxdursa, bizim futbolumuz inkişaf etməyəcək. Bəs, çıxış yolu nədir? Biz niyə uzun illərdən bəri bu sahəni inkişaf etdirə bilmirik? Hər dəfə müxtəlif fikirlər səslənir, yeni ideyalar ortaya ortaya atılır. Biz isə yerimizdə sayırıq, hərdənbir hətta geriyə də addımlayırıq.
Uşaq futbolunda ən önəmli məsələlərdən biri məşq prosesinin düzgün qurulmasıdır. Təbii ki, əvvəlcə bunun üçün lazımi şərait olmalıdı. Şərait varsa, ən sadə məşq prosesini necə keçmək lazımdır? Dünyanın inkişaf etmiş futbol ölkələrinin təcrübəsindən irəli gələrək demək olar ki, 6-10 yaşlı uşaqlara daha çox oyun vermək vacibdir. Bu yaşda uşaqlar topla çox oynamalıdır. Oyunların fasiləsində isə onlara müxtəlif təmrinləri tətbiq etmək olar. Onlara reflekslərini yaxşılaşdırmaq, tez düşünmək üçün məşqlər çox faydalıdır. Futbolçuların gələcək taleyi məhz bu mərhələdən çox asılıdır. Burda ən sadədən başlayıb, çətinliyə doğru yol almaq əhəmiyyətlidir. 11-12 yaşlarında uşaqları isə daha çox futbol elementləri ilə yükləmək olar. Bu yaşda yoldaşlıq oyunlarının sayını daha da artırmaq mümkündür. Çünki yoldaşlıq matçlarında yeniyetmələr stresdən uzaq olurlar və istədikləri oyunu sərgiləyə bilirlər. 14 yaşında hər bir oğlan uşağında sıçrayış nəzərə çarpır. Bu zaman onların fiziki göstəricilərində, psixoloji durumlarında xeyli dəyişiklik baş verir. Belə halda bu yaşda uşaqlara verilən məşqlərə xüsusi yanaşmaq çox vacibdir. Onların məşqləri daim korreksiya olunmalıdır. Əks halda bu yaşda olan yeniyetmələr inkişafdan geri qalacaq. 16 yaşına çatdıqda isə onlar artıq böyüyür. Bu məqamda gənclərə qalib gəlməyi, texkinalarını mükəmməlləşdirməyi aşılamaq lazımdır. Həmçinin taktiki savadın artırılması və komanda üçün çalışmağı da məqşçilər hər kəsə bir-bir başa salmalıdır. Bu yaşda hər bir gənc, futbolçu kimi formalaşmağa başlayır. Bu mərhələdə onların meydandakı mövqelərinə aydınlıq gəlir, müxtəlif yaş qrupu üzrə yığmalara cəlb edilirlər. Gənclərin həmin dövrdə sağlam qalması üçün ciddi səy göstərilməlidir. Axı, ən istedadlı gənclər bəzən oyun sıxlığı ilə bağlı(klub, yığma)psixoloji boşluğa düşür, motivasiyası itir. Buna görə mövsüm ərzində oyun sayına ciddi nəzarət olunmalıdır. Futbolçular haqqında ayrıca cədvəl tutulmalıdır. Hər bir yeniyetmə futbolun həm də əyləncə olduğunu hiss etməlidi. Əgər bu yaşdakı gənclər hər görüşə son döyüş kimi çıxsalar, oyundan ləzzət ala bilməyəcəklər, nəticə üçün vuruşacaqlar və futboldan iyrənəcəklər. Belə məqamda məhlə futbolunda aldığımız həzzi yenidən xatırlamaq yerinə düşər. Məhlədə bizi tələsdirən yoxdur, nəticə tələb edilmir, biz isə istədiyimizi edirik. Və bu bizdə alınır...
Araz Əhmədov
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |