"Qəbələ" üçün ən çox işlədilən söz "kaybetdi" oldu
Türkiyədə keçirilən 12 yaşadək futbolçular arasında “İzmir cup” turnirinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, yarışda “Qəbələ”nin U-12 komandası da qüvvəsini sınayıb. “Qırmızı-qaralar” 56 komandanın mübarizə apardığı yarışa A qrupunda başlayıb. Bu mərhələdə “Qəbələ” Türkiyə təmsilçisi “Karasu”nu 2:0 hesabı ilə məğlub edib, “Rizəspor”a (Türkiyə) 1:2, “Mançester Siti”yə (İngiltərə) 0:3, “Qalatasaray”a (Türkiyə) 0:5, “Altay”a (Türkiyə) 0:1, “Alkmaar”a (Hollandiya) 0:7 hesabı ilə uduzub.
Növbəti qrup mərhələsində “Qəbələ” Küveytin “Al-Arabi” (1:1, 2:2) və Azərbaycanın digər təmsilçisi “Neftçi” (1:1, 2:2) ilə qarşılaşıb. Ardınca “qırmızı-qaralar” “Göztəpə” (Türkiyə) ilə qolsuz bitən matçın penaltilər seriyasında qalib gəlib.
Komanda turnirin son günündə “İzmir Bornova”ya (Türkiyə) 0:1, “Dinamo”ya (Tiflis, Gürcüstan) 0:2 hesabı ilə uduzub.
Turnirin qalibi adını isə Hollandiya təmsilçisi “Alkmaar” qazanıb.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |