Maksimovun inadı Axundovu necə xərcə salır? - ÖZƏL
Qış fasiləsində "Keşlə"yə baş məşqçi təyin olunan ukraynalı Yuri Maksimovun "Qarabağ"la matçdan sonra mətbuat konfransında dedikləri şok effekti yaratdı.
Bir müddət öncə klubdan gedəcəyi bildirilən mütəxəssisin əslində Bakını niyə tərk etmək istədiyi həmin gün məlum oldu. Maksimovu aldadaraq, şirin vədlər verərək "Keşlə"yə gətirənlər onun jurnalistlər önündə belə sözlər söyləyəcəyini gözləmirdi. Ancaq ukraynalı heç kimin sözü ilə oturub-durmadığını hər addımında göstərir. Komandaya gəldikdən sonra "Keşlə"nin qırğın-qiyamətlə əlində saxladığı "İnter Arena"nın meydançasında məşq etməməsi bir çox suallar doğururdu. Sportfm.az saytının araşdırması nəticəsində məlum oldu ki, Zaur Axundovun gəlişindən sonra "Keşlə"nin ixtiyarına verilən yeni avtobus əbəs yerə hər gün stadionun kənarında park etmirmiş. Məsələ ondadır ki, ukraynalı qəti şəkildə əsas komandanın "İnter Arena"nın sintetik örtüklü meydançasında məşq etməsinə icazə vermir. Belə olan təqdirdə isə qolları bağlanan klub rəhbərliyi məcburən futbolçuların başqa stadionda hazırlaşmasına şərait yaradır. Maksimov klub üzvlərini yalnız öt örtüyündə məşq etdirir. Çətin ki, bu gedişlə inadkar ukraynalı Axundovun komandasında qalsın. Axı Zaur Axundova onun paxırlarını açan məşqçi lazım deyil.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |