Yuri Maksimov: Deyilənlərlə reallıq arasında 10 dəfə fərq oldu
Azərbaycan Premyer Liqasında 21-ci tura start verilib.
Sportfm.az xəbər verir ki, milli komandaların oyunlarıyla bağlı yaranmış fasiləyə Gəncədə son verilib. Turun ikinci oyununda isə "Qarabağ" "Keşlə"ni qəbul edib. 1:1 hesabı ilə yekunlaşan matçdan sonra keçirilən mətbuat konfransında "Keşlə"nin baş məşqçisi Yuri Maksimov jurnalistlərin suallarını cavablandırıb.
- Oyun necə keçdi?
- Çox maraqlı matç seyr etdik. Qələbəyə bərabər heç-heçə etdik. Bizim futbolçular 60-cı dəqiqədən sonra yoruldu.
- Əvəzedici heyətin üzvləri meydana daxil olurdu. Heyətdə futbolçu çatışmazlığının günahı kimdədir?
- Bu haqda çox danışmaq istəmirəm. Kimlər varsa, onlarla oynayırıq. Güclü futbolçu biz təklif etdiyimiz məbləğə, özü də 4 aya gəlməz. Bu müddət üçün ancaq ya dələduz, ya da oynamayan futbolçu gələr. Əvvəllər bir söz dedilər, sonra başqa söz. Ukraynadan gətirmək istədiyim futbolçular vardı, qiymətdə belə razılaşmışdıq. Ancaq rəhbərlik dedi ki, başqa oyunçuları transfer edirik.
- Göstərdiyiniz oyunla rəhbərliyə mesaj verə bildinizmi?
- Mən müqavilə bağlayanda deyilənlərlə reallıq arasında 10 dəfə fərq oldu. Getmək istəyirdim, ancaq qalmalı oldum. Belə vəziyyətdə heç kimi sıxa bilmərəm.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |