O milli komandınız, o da qırğızlarla oyununuz, götürün...
Azərbaycan kubokunun yarımfinal və final oyunlarının tarixlərində dəyişikliklər ediləcək.
Bu barədə Peşəkar Futbol Liqasının baş direktoru Məlik Həsənov məlumat verib. Onun sözlərinə görə, aprelin 11-də Azərbaycanda prezident seçkisi keçiriləcəyindən, həmin gün və aprelin 18-də nəzərdə tutulan yarımfinal oyunlarının vaxtlarında "sürüşmə" baş verəcək.
Final matçı isə Azərbaycan Cümhuriyyətinin yaradılmasının 100 illiyinə təsadüf edən 28 may - Respublika günündə gerçəkləşməyəcək. Həsənov bunu həmin görüşdən bir gün sonra Azərbaycan və Qırğızıstan milliləri arasında yoldaşlıq görüşünün keçiriləcəyi ilə əlaqələndirib. O, konkret tarixlərlə bağlı qərarın, böyük ehtimalla, gələn həftə veriləcəyini vurğulayıb. (report)
Azərbaycan kubokunun yarımfinalında "Qəbələ" "Neftçi" ilə, "Keşlə" isə "Sumqayıt"la qarşılaşacaq.
* * *
Şübhəsiz, Azərbaycan Cümhuriyyətinin yaradılması, var olması tariximizdə ən şanlı, ən şərəfli yerlərdən birini tutur. AFFA-da, PFL-də oturanlar bu şanlı, şərəfli tarixin nə olduğunu bilirmi? Hansısa qırğızlarla oyuna görə ölkə kubokunun final matçının Cümhuriyyətin yaradıldığı 28 may tarixindən çıxarılması kimin fikri, ideyasıdı? Axı hansı bir oyun, hansı ağıl Azərbaycanın azadlığını elan etdiyi günə hörmətsizliyə məcbur edə bilər?
AFFA-nın baş katibi Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev və milli komandanın baş məşqçisi Qurban Qurbanov, siz deyin, qırğızlarla qarşılaşma sizin üçün bu ölkənin tarixinə yazılmış çox az sayda şərəfli səhifələrdən birindən çoxmu önəmlidi?
Vaxtınız olanda, Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının qurub-yaratdığı, qırğızlarla oyuna görə hörmətsizlik etdiyiniz həmin o Cümhuriyyətlə bağlı oxuyun. Oxuya bilirsizmi? Oxumaq istəyirsizmi? Rəsulzadənin və onun qurduğu Cümhuriyyətin bu ölkə üçün nə olduğunu anlamaq istəyirsizmi? Tez-tez gördüyünüz üçrəngli bayrağın necə var olduğundan xəbəriniz varmı? Bu ölkənin keçmişinə hörmət etməyənlərin nə milli komandası, nə də hansısa qırğızlarla oyunu bu ölkəyə lazım deyil!
Rəşad Ergün
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |