U-16 Liqası: «Keşlə» autsayderə qalib gələ bilmədi
Dünən U-16 Liqasında 19-cu turun oyunları keçirildi.
Sportfm.az xəbər verir ki, «Qəbələ»nin U-16 komandasının bir neçə futbolçusunun bu klubun 15 yaşlılardan ibarət komandası ilə birlikdə Gürcüstanda keçirilən turnirə yollanmasına görə «Qəbələ» - «Vətən» matçı təxirə salınıb. Turun digər 4 oyununda gözlənilməz nəticələr qeydə alınıb. Sensasiya «Səbail» - «Keşlə» oyununda olub. Əvvəlcədən qonaqların qalib gələcəyi gözlənilsə də, bu, baş verməyib. Eyni sözləri «Sumqayıt» - «Neftçi» İK İB oyunu haqqında da demək olar. «Qarabağ» çətin Tovuz səfərindən qalib ayrılıb. Turun mərkəzi matçında isə «Zirə» «Neftçi»ni məğlub etməyi bacarıb:
«Zirə» - «Neftçi» 3:1
«Səbail» - «Keşlə» 1:1
«Turan» - «Qarabağ» 1:4
«Sumqayıt» - «Neftçi» İK İB 1:1
Bombardirlər: Emil Quluzadə («Vətən, Fərid Xasıyev («Turan») – 11 qol, Şahmar Cəfərli («Keşlə») – 10 qol.
U-16 Liqasında 20-ci turun oyunları fevralın 15-də keçiriləcək: «Neftçi» İK İB- «Səbail», «Keşlə» - «Zirə», «Neftçi» - «Qəbələ», «Vətən» - «Turan», «Qarabağ» - «Kəpəz». Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.
«Het-trik news» qəzeti
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |