"Azərbaycana uyğunlaşmaq çətin olmaz" - Yamayka millisinin hücumçusu
"Menecerimlə ölkə xaricində çıxış edə biləcək digər futbolçularımız barədə danışdım. Yamaykada istedadlı uşaqlar çoxdu. Sadəcə, onları Avropaya gətirmək lazımdı".
Sportfm.az xəbər verir ki, bunu "Keşlə"nin yeni transferi Andre Klennon deyib.
Qış fasiləsində paytaxt klubunun Finlandiya təmsilçisi VPS-dən transfer etdiyi yamaykalı hücumçu ölkəsinin mətbuatına müsahibəsində yenidən yığmaya düşməyi hədəflədiyini vurğulayıb: "Hazırda ilk hədəfim əvvəlki formamı bərpa etməkdi. Bundan sonra yenidən yığma komanda barədə düşünəcəm. Ola bilsin ki, indi millidə oynamağa 100 faiz hazır deyiləm. Çünki millidə ən yaxşı oyunlarımı göstərmək istəyirəm. 3 aylıq fasilədən sonra birdən-birə forma yığmaq mümkün deyil. Bu üzdən indi tam hazır deyiləm. Əvvəlki yaxşı formaya çatmaq üçün özümə 1-2 ay vaxt vermişəm. Antalya toplanışı çərçivəsində yoxlama görüşlərində meydana çıxdım. Hazırda özümü daha yaxşı hiss edirəm".
29 yaşlı futbolçu "Keşlə"nin yeni transferlərlə daha da gücləndiyi qənaətindədi: "Keşlə"dəki hazırlıq prosesi mənim üçün peşəkarlıq baxımından yaxşı təcrübə oldu. Burda daim hazır olmalı və heç vaxt arxayınlaşmamalısan. Təlim-məşq toplanışı ən yüksək səviyyəyə çatmaq imkanı verir. Hazırda klubumda işlər elə də yaxşı getmir. Bu üzdən qış fasiləsində yeni baş məşqçi gətirildi. Həmçinin bir neçə yeni futbolçu ilə müqavilə imzalandı. İndi məqsəd geri dönmək, bir neçə oyunda qələbə qazanaraq, yüksəlişə keçməkdi. Qış fasiləsinə qədər komandanın cəmi 2 əcnəbi oyunçusu olub ki, onlardan biri braziliyalı, digəri rumıniyalı idi. Ancaq yeni baş məşqçinin gəlişindən sonra mənimlə yanaşı, braziliyalı, argentinalı, kamerunlu və qambiyalı oyunçular komandaya qoşuldular".
Klennon Azərbaycana uyğunlaşmaqda problem yaşamayacağını düşünür: "Azərbaycana uyğunlaşmaq elə də çətin olmaz. Bura Finlandiya kimi soyuq ölkə deyil. Azərbaycan və Türkiyədə istədiyin qidanı da tapa bilirsən. Avropada oynayan futbolçunun üzünə daha çox qapı açılır. Burda olduğunuz müddətdə Avropada hərəkət etmək imkanı əldə edirsiniz. Oyun fəlsəfəmə görə, mənim üçün ən ideal ölkə Almaniyadı. Ordakı fiziki xüsusiyyətlər mənə uyğundu".
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |