"Qəbələ" "Arsenal"la nə vaxt qarşılaşacaq? - Məlum oldu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək.
Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” hazırlığın ikinci mərhələsində 2-ci, qış fasiləsində 4-cü görüşünə çıxacaq.
Yanvarın 5-dən 17-dək davam edən 1-ci mərhələdə Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1) və İsveçrənin “Sürix” (0:1), ayın 21-də start götürən 2-ci mərhələdə Makedoniyanın “Rabotniçki” (2:1) klubları ilə görüşən Roman Qriqorçukun komandası növbəti rəqibi Rusiya təmsilçisi “Arsenal” olacaq.
Tula şəhərinin klubunun əsası 1946-cı ildə qoyulub. Uzun illər SSRİ və Rusiyanın aşağı liqalarında çıxış edən “Arsenal” 2007-ci ildə fəaliyyətini dayandırıb. 4 ildən sonra bərpa olunan komandanın yüksəliş dövrü də bundan sonraya təsadüf edib. Qısa müddətdə 2-ci və 1-ci divizionlarda uğur qazanan komanda 2014-2015-ci illər mövsümündə Premyer Liqada oynamaq hüququ da əldə edib. Elə həmin debüt cəhdində aşağı dəstəyə yuvarlanan Tula təmsilçisi 1 ildən sonra geri dönüb. 2016-2017 mövsümündə də Premyer Liqanın autsayderlərindən olan “Arsenal” sonda 14-cü olmaqla elitada qalıb. Cari mövsüm klub tarixinin ən uğurlusu sayılır. 20 oyunda 25 xal toplayan komanda qış fasiləsinə 8-ci pillədə yollanıb.
“Arsenal”la görüş Antalyanın Qloriya məşq meydançalarında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
“Qəbələ” indiyədək Tula təmsilçisi ilə qarşılaşmasa da, Rusiyanın digər klubları ilə yoxlama matçları keçirib. Müxtəlif illərdə “Amkar” (1:1), “Tom” (2:1), “Baltika” (1:1), “Volqa” Nijni Novqorod (0:1), “Kuban” (0:2) və “Axmat”la (0:1) qarşılaşmalarda qüvvəsini sınayan “qırmızı-qaralar” avrokubokları saymasaq, 7-ci dəfə Rusiya təmsilçisi ilə üz-üzə gələcək.
Yoxlama oyunu
27 yanvar
18:00. “Qəbələ” (Azərbaycan) – “Arsenal” (Tula, Rusiya)
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |