"Keşlə"də yeni hücumçu - FOTO
"Keşlə" qış fasiləsində növbəti transferini reallaşdırıb.
Sportfm.az xəbər verir ki, Bakı klubu yamaykalı hücumçu Andre Klennonla anlaşıb. Ukraynalı baş məşqçi Yuri Maksimovun bəyəndiyi 28 yaşlı hücumçu artıq Bakıya gəlib və onunla 6 aylıq sözləşmə imzalanıb.
Legioner son olaraq Finlandiyada VPS klubunda çıxış edərək 21 oyunda 4 qol vurmağı bacarıb. Klennon ölkəsinin milli komandasında da çıxış edib. O, 4 dəfə Yamayka yığmasının formasını geyib.
Andrenin VPS-də komanda yoldaşı olmuş Qambiya millisinin futbolçusu Sohna Ebrihamıın keçidi isə Türkiyədə həll olunacaq. Belə ki, 29 yaşlı yarımmüdafiəçi "Keşlə"nin Antalyadakı təlim-məşq toplanışına gələcək. Komanda yanvarın 22-dən 23-nə keçən gecə qardaş ölkəyə yollanacaq.
Qeyd edək ki, Klennon "Keşlə"nin hazırkı fasilədə ilk əcnəbi forvard transferidi. Bunadək keçidlər qapıçı Kamran Ağayev, müdafiəçi Məqsəd İsayev, yarımmüdafiçilər - argentinalı Pablo Podio, serbiyalı Nemanya Stoyanoviç, kamerunlu Herve Tçami və hücumçu Vaqif Cavadov olub.(sport24.az)
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |