Gözünün qarşısında atası güllələnən futbolçu... Həyat hekayəsi
Bir futbolçu var. Onun gözlərinə baxanda həmişə içimə kədər dolur. Gözlərində dərin kədər, qorxu, miskinlik mövcuddur. Şair demiş, gözlərin dərin uçurum... Bəhs etdiyim futbolçu kolumbiyalı Xuan Kuadradodur. Onun taleyindən xəbərsiz, həyatı haqda heç vaxt maraqlanmamışdım. Düşündüm ki, bu əzablı gözləri araşdırmaq gərəklidir. Yaxın durun. Kuadradonun həyatına, keçmişinə işıq tutacam.
Kolumbiyanın paytaxtı Boqotaya yaxın Nekokli əyalətində ölüm və terror günlük həyatın bir parçası idi. Xuan bəlkə hələ çox balacaydı amma böyüklərin gözündəki qorxunu duya bilirdi. Küçələrin necə də təkinsiz olduğunun fərqindəydi. Terrorun bir gün öz ailəsini vuracağı ağlının ucundan belə keçməzdi.
Atasını 4 yaşında itirən uşaq...
Xuanın 4 yaşı olanda faciə qapıdan içəri dürtülmüşdü. Anası onu çarpayının altında gizlətmişdi. Qorxudan titrəyirdi balaca Xuan. Evin çölündə silah səslərindən qulaqlarını bərk-bərk sıxmışdı. Amansız güllə səsləri Xuanın gözlərində dəhşət yaradırdı. Ancaq heç cürə səslər kəsilmirdi. Qorxu hələ 4 yaşındaki uşağın iliklərinə qədər işləmişdi. Güllələrin ortasında qalansa Xuanın atasından başqası deyildi.
Axırda silah səsləri kəsildi. Sükut bombası göydən yerə səpələndi. Xuan təhülkənin sovuşduğuna inanıb saxlandığı yerdən çıxdı. Və bütün həyatı boyu gözünün önündən getməyəcək o mənzərəylə qarşılaşdı. Anası, qanlar içində yatan atasının cansız bədəninə gözyaşı tökürdü. Nekoklidəki yüzlərcə atasız uşağa bir yenisi daha əlavə olunmuşdu. Bu çox ağır, dəhşətli vəziyyət idi.
Tək sevgisi vardı...
Sağçı qruplar, ordu, narkotik kartelləri və gerillalar arasındakı müharibə hardasa yarım əsrdi şəhərin qanını əmirdi. Şəhərin iqtisadiyyatı çökmüş, bütün təbii gözəlliklərinə rəğmən ən böyük gəlir qapısı olan turistlər də burdan didərgin düşmüşdülər. Qurbanlar isə günahsız, sadə insanlar olurdu. Eynən Xuanın atası kimi. Atası da yük maşınında işləyərək ailəsini dolandırırdı. Anası cənubdakı Apartado əyalətində bir banan fabrikasında iş tapmışdı. Xuan Kuadrado da anasının yanında oturub, onun təmizlədiyi bananların üzərinə etiket yapışdırırdı. Bütün bunların içində tək bir sevgisi vardı: Futbol... Bir müddət sonra Nekokliyə qayıdan Xuan nənəsinin yanına köçür. Məktəbdən hər gün top oynamaqdan üstü-başı toz-torpaq içində qayıdırdı. Hər dəfəsində də nənəsi tərəfindən döyülürdü. Dərslər də vecinə deyildi. Onun üçün varsa yoxsa futboldu. Futbola uşaqlığından aşiq olmnuşdu. Həyatda onu tuta biləcək, böyüdə biləcək futbol... Döyülməkdən qurtulmaq üçün çarəni çılpaq ayaqla və şalvarını çıxardıb şortikdə oynmaqla tapmışdı. Xoşbəxt olurdu belə anlarda. Günəşli günlərdə doyunca top arxasınca qaçırdı, yağışlı günlərdə isə gizlicə evdən qaçıb futbol oynayırdı. Nənəsi onu futboldan uzaqlaşdırmaq istəyirdi. Nəvəsini baxçadakı ağaca belə bağlamışdı. Nə illah edirdisə onu topdan ayıra bilmirdi.
Əzab çəkən uşaq
Bütün bu zalım metodalar Xuanı saxlaya bilmirdi. İçindəki futbol sevdası alışıb yanırdı. Bir müddət keçəndən sonra yenidən anasının yanına qayıdır. 12 yaşında ikən kiçik klublarda oynamağa başlayır. Ancaq yoxsulluq sadəcə ruhunu deyil bədənini də zəiflətmiş, əldən salmışdı. Yaxşı bəslənə bilmədiyindən sümükləri, əzələləri yaşına görə inkişaf etməmişdi. Bütün istedadına rəğmən heç kim onda bir işıq görmürdü. Xuan buna görə əzab çəkirdi. Bəzi günlər evdə qalır, futbola getmirdi. Bəzən isə heç kimlə kələm kəsmirdi. Sükuta qərq qolurdu. Ancaq futboldan vaz keçə bilmədi. Tezliklə yeməyini düzəltdi, məşqlər etməyə davam elədi. Səkkiz ildən sonra futbolçu kimi yetişdi.
Xoşbəxt günlər...
Ölkəsinin birinci liqa komandalarından "İndiependiente Medellin”ə imza atanda artıq 20 yaşındaydı. Burda özünü mükəmməl səviyyədə göstərdi. Vurduğu qollar, istedadı diqqətdən kənar qalmadı. İtaliyanın "Udineze” klubu Xuanı kəşf elədi. İki il çətin keçirdi İtaliyada. Cəmi 24 dəfə oyuna çıxan Xuan "Leççe”yə transfer olur, ardından da 2012-ci ili yayında "Fiorentina”ya keçir. "Fio”da keçən iki mövsüm ərzində möhtəşəm performans sərgiləyir, hər kəsi heyrətə salır. Azarkeşlərin sevgisini, rəğbətini qazanan Kuadrado üçün həyat artıq gözəlləşir. Qısa zamanda milliyə də çağırlır, Kolumbiyanın ən yaxşı oyunçularında birinə çevrilir. İtalya nəhəngi "Yuventus”a transfer olur, odanda da digər əjdaha klub "Çelsi”yə keçir. İllər Kuadrado üçün xoşbəxt keçir.
Kuadradonun bu müddətdə ən böyük dəstəkçisi isə onu böyük fədakarlıqlarla böyüdən anasından başqası deyildi. "Mənə həm ana, həm də ata oldu. Ondan həyata dair çox şeylər öyrəndim” deyir Kuadrado. Yoxluq və travma içində keçən uşaqlığının acısını çıxartmaq istərcəsinə də ən çox anasıyla zaman keçirir. Artıq heç bir xəyal qırıqlığı Xuanın gözünü qorxutmur.
adalet.az
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |