Azərbaycana qayıdacağıma ümid edirəm...MÜSAHİBƏ
"Zirə"nin sabiq hücumçusu, Portuqaliyanın "Nasyonal" klubunun salvadorlu futbolçusu Nelson Bonilyanın azerisport.az saytına müsahibəsi
- "Nasyonal"a keçidinizlə bağlı nə deyə bilərsiniz? - Bu transferin baş tutmasına sevinirəm. Mənim, karyeram üçün uğurlu addım oldu. Ümid edirəm ki, yeni komandamda da uğurlu çıxış edə biləcəyəm.
- Özünüzü Portuqaliya çempionatına hazır hiss edirsiniz?
- Tam hazıram. Sadəcə, uyğunlaşmaq üçün müəyyən zamana ehtiyacım var. Portuqaliya çempionatında meydana çıxacağım günü səbrsizliklə gözləyirəm.
- Son müsahibə zamanı "Zirə"dən niyə ayrıldığınızı bizə demək istəməmişdiniz...
- Sadəcə, "Nasyonal"dan aldığım təklifə görə. Dediyim kimi, Portuqaliya çempionatı Avropanın 10 ən güclü çempionatından biridir. "Nasyonal"da oynamaq da irəliyə doğru atılmış addımdır.
- "Zirə"ni tərk edən digər legioner futbolçu - ispaniyalı Tato buranı süni örtüklü meydanda oynamaq istəmədiyinə görə tərk etdiyini deyib...
- Ola bilsin ki, Tato üçün elədir. Amma mənim üçün süni örtük problem deyildi. Sadəcə, karyeramda dəyişiklik etmək istəyirdim və buna görə də Portuqaliyaya yollandım. Başqa səbəb axtarmağa dəyməz.
- "Qarabağ"a da keçəcəyiniz deyilirdi. Ağdam klubundan da təklif alsaydınız, seçiminiz necə olardı?
- Bu barədə heç nə deyə bilmərəm. Çünki heç bilmirəm "Qarabağ" məni rəsmən istəyirdi, ya yox. Rəsmi təklif olsaydı, o zaman bu barədə nəsə danışmaq olardı. Amma nə vaxtsa yenidən Azərbaycana qayıdacağıma ümid edirəm. Lakin hansı kluba, bunu indi demək çətindir. Bakını, xalqınızı çox sevdim.
- Bəs Azərbaycan futbolu ilə bağlı fikirləriniz necədir?
- Çempionatınızın inkişafda olması xoşuma gəlirdi. Matçlar çox maraqlı keçirdi. Orada olduğum müddətdə gördüm ki, yaxın illərdə Azərbaycan Premyer Liqası Avropanın güclü çempionatlarından birinə çevrilə bilər. Sadəcə, təşkilatçılıq baxımından müəyyən problemlər var. Bunu nəzərə almasaq, Azərbaycan futbolunda hər şey xoşuma gəlirdi.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
FİFA “Qarabağ”ın oyunçusunun qolunu paylaşdı 29.03.2024, 12:57
İntizam Komitəsinin qərarı ləğv olundu - "Lion" şikayəti təmin olundu 29.03.2024, 12:29
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA 29.03.2024, 12:14
“Sumqayıt” - “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 11:47
"Qəbələ" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq 29.03.2024, 10:37
Xviçaya yeni müqavilə təklif edirlər 29.03.2024, 09:57
Lunyov Bakıda hər ay nə qədər pul xərcləyir? 29.03.2024, 09:47
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |