Alpaqut Turan döyüş sənəti üzrə dünya çempionatının açılış mərasimi baş tutub
“Sərhədçi” İdman Olimpiya Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə dünya kuboku yarışlarının açılış mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, mərasimdə Alpaqut döyüş sənətinin müəllifi Vasif Namazov çıxış edərək idmanın bu növünün tarixindən danışıb. O, bu turnirin Azərbaycan Alpaqut Federasiyasının təşkil etdiyi doqquzuncu beynəlxalq yarış olduğunu bildirib. V.Namazov fəaliyyətini ildən-ilə genişləndirən Federasiyanın daha böyük uğurlara nail olacağına əminliyini ifadə edib.
Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti Azər Həsənsoy alpaqut idmanının ölkəmizdə inkişafından söz açıb. O, bu yarışın Azərbaycanda keçirilməsinin idmanın bu növünün ölkəmizdə daha da inkişafına təkan verəcəyini vurğulayıb.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb.
Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov yarışın ölkəmizdə keçirilməsinə göstərdiyi dəstəyə və etimada görə Dünya Alpaqut Federasiyasının rəhbərinə minnətdarlığını bildirib. O, ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının alpaqut idmanından da yan keçmədiyini, onun kütləviliyinin artırılması üçün mühüm tədbirlərin və yarışların təşkil olunduğunu deyib.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Azərbaycan Alpaqut Federasiyasının bir qrup əməkdaşına fəxri diplomlar verilib.
Açılış mərasimi konsert proqramı ilə davam edib.(azərtac)
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |