Azərbaycanın polo komandası Bakıda keçirilən dünya kuboku yarışlarının qalibi olub
Azərbaycanın “Elite Horse and Polo Klub” komandası Bakıda keçirilən arena polo üzrə dünya kuboku yarışlarının finalında İsveçrənin Evviva Polo Klub St.Moritz” klubunu 11,5:5 xal hesabı ilə məğlub edərək yarışın qalibi olub.
Sportfm.az xəbər verir ki, bu mötəbər yarışda komandamızın heyətində Elçin Camallı, Rəşad Həsənov, Əli Rzayev, Amil Namazov, Tərlan Qurbanəliyev, komandanın baş məşqçisi və oyunçusu Andres Laplasette çıxış ediblər. Azərbaycan təmsilçisinin kapitanı Elçin Camallı turnirin ən yaxşı oyunçusu seçilib. Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və Beynəlxalq Polo Federasiyasının (BPF) birgə təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində təşkil edilən arena polo üzrə dünya kuboku yarışlarına sentyabrın 10-da yekun vurulub.
Üçüncü yer uğrunda gərgin idman mübarizəsi şəraitində keçən görüşdə ABŞ-ın “Qrand Çampions Polo Klub” komandasının poloçuları Monakonun “Monte-Karlo Polo Team” kollektivi üzərində 6,5:3 xal hesabı ilə qələbə qazanıblar.
Yarışı beynəlxalq dərəcələri hakimlər idarə ediblər.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |