Azərbaycan Qran Prisində daha bir tribunaya bilet tükəndi
2017 Formula 1 Azərbaycan Qran Prisində daha bir tribunaya bütün biletlər satılıb.
Sportfm.az xəbər verir ki, son günlər Azərbaycan Qran Prisini yarış məkanında izləmək istəyənlərin göstərdiyi böyük maraq nəticəsində çox sayda bilet satışı reallaşıb və beləliklə, Bulvar tribunasına olan biletlər tamamilə alınıb.
BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim bunu bu il ötən illə müqayisədə yarışı izləməyə xaricdən daha çox turistin gələcəyi ilə izah edib:
"Biz bütün gücümüzü səfərbər edərək geniş məzmunlu və maraqlı əyləncə proqramı hazırlamışıq. Dünya ulduzlarının iştirakı ilə baş tutacaq konsertlərin elan olunmasından sonra həm ölkə daxilindən, həm xaricdən alınan biletlərin sayında böyük artım qeydə alınıb. Əldə olan son məlumata əsasən deyə bilərəm ki, Bakıda keçiriləcək Formula 1 yarışını izləməyə bu il ötən ildəkindən iki dəfə çox xarici qonaq gələcək. Eyni zamanda, bu il yerli tamaşaçılar da yarışa böyük maraq göstərirlər. Son günlər yarışa bilet alan şəhər sakinlərinin sayı xeyli artıb. Bunun nəticəsidir ki, artıq 3 tribunanın bütün biletləri alınıb. Digər tribunalarda da əhəmiyyətli dərəcədə doluluq müşahidə olunur. Ölkə əhalisinə müraciət edərək bidirmək istərdik ki, bilet almağa tələssinlər, əks halda sonraya bilet qalmaya bilər. Hamınıza möhtəşəm yarış həyəcanı ilə birlikdə unudulmaz əyləncə coşqusu arzulayırıq".
Qeyd edək ki, Azərbaycan Qran Prisini yerində canlı izləmək istəyənlər üçün ümumilikdə 30 min yerlik tribuna və ayaqüstü zonalar təklif olunur.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
“Sabah” – “Zirə” oyununun biletləri satışda 28.03.2024, 20:30
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |