"Bakıda rekord qeydə alınacaq" - Formula 1-in yarış direktoru
"Bakı trası və şəhər Formula 1 yarışları üçün tam hazır vəziyyətdədir. Hər şey çox gözəl təşkil olunub. Bu il şəhər halqası ötən ilə nisbətən daha hazırlıqlıdır".
Sportfm.az xəbər verir ki, bunu Formula 1-in yarış direktoru, Beynəlxalq Avtomobil Federasiyasının təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Çatli Uaytinq Azərbaycan Qran Prisinə son hazırlıqlarla bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, ötən il Bakıda yarış xoş sürprizlə yadda qalmışdı: "Əminəm ki, bu il də hər şey çox yaxşı olacaq".
Ç.Uaytinq həmçinin trasda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil edildiyini və heç bir ciddi təhlükənin olmadığını əlavə edib.
O, qeyd edib ki, yarışlarda bəzi texniki dəyişikliklər var: "Mən bu dəyişikliklərdən məmnunam. Sürücülər də məmnundur".
Yarışın direktoru şəhərdə tras boyu əlavə hasarların quraşdırılmasına da aydınlıq gətirib: "Məqsəd tamaşaçıların təhlükəsizliyinin təmin edilməsidir".
Ç. Uaytinq qeyd edib ki, Bakıda rekord qeydə alına bilər: "Bu il Bakı trasında sürətin yüksək olacağını düşünmürəm. Ötən il sürət 378km/saat olub. Amma dövrə rekordu qırıla bilər. Böyük ehtimalla rekord bu il qırılacaq"
Qeyd edək ki, 2017 Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək komandalar iyunun 19-dan etibarən Bakıya gələcəklər. İyunun 21-də isə Formula 1 pilotları, xarici mətbuat nümayəndələri, avtomobil federasiyaları və Formula 1 rəhbərliyinin hamısı Bakıda olacaq. İyunun 23-dən etibarən pilotların əsas məşqləri başlayacaq, daha sonra yarışlara start veriləcək. Yarışlar iyunun 25-də başa çatacaq.
İlkin İzzət
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
“Qarabağ” “Azərsun Arena”ya qayıtmayacaq - Mövsümün sonunadək 29.03.2024, 17:15
Bakıda lisenziya yarışında 33 ölkə iştirak edəcək 29.03.2024, 17:12
"Qəbələ" - "Neftçi" - START HEYƏTLƏR 29.03.2024, 16:00
“Bahar Kuboku 2024” başa çatdı 29.03.2024, 15:56
Uilli Kirk qalmaqallı şəkildə istefaya göndərildi 29.03.2024, 15:29
İki turun təqvimi açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 14:52
Yarımfinal oyunlarının saatı bilindi - Azərbaycan Kuboku 29.03.2024, 14:47
Cüdoçularımız ilk gündə uğursuz çıxış etdi - Böyük Dəbilqə 29.03.2024, 13:46
Rusiyalı Olimpiya çempionu dələduzluqda ittiham olunur 29.03.2024, 13:28
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |