Azərbaycan yığmasında çıxış etməyi arzulayan Diyana - Uğur
Azərbaycandan kənarda yaşayan soydaşlarımızın arasından xeyli sayda tanınmış idmançı çıxıb. Onların bəziləri hətta olimpiya çempionu belə olub. Həmin idmançıların bir qismi boya-başa çatdığı ölkənin milli komandasında çıxış etsə də, tarixi vətəninin şərəfini qoruyanlar da az deyil.
3 milyona yaxın azərbaycanlının yaşadığı Rusiya Federasiyasında bədii gimnastika əsas idman növlərindən biri hesab edilir. Şimal qonşumuz bu ecazkar idmanın vətəni sayılmaqla yanaşı, onlarla olimpiya mükafatçısını yetişdirən ölkə kimi tanınıb. Hazırda dünyanın ən güclü yığmalarından biri hesab edilən Rusiyanı bu ölkənin Gimnastika Federasiyasının prezidenti olan, gimnastika aləmində böyük nüfuza sahib olan İrina Viner çalışdırır.
Zaman-zaman Rusiyanın bədii gimnastika üzrə daxili yarışlarında qaliblər sırasında azərbaycanlı soyadlarına da rast gəlmək mümkündür. Onlardan biri də Diyana Məmmədovadır. Moskva birinciliklərində və beynəlxalq yarışlarda adından söz etdirən 12 yaşlı istedadlı gimnast sonuncu dəfə lüksemburqda keçirilən turnirdə qızıl medal qazanıb. 6 yaşından Vinerin gimnastika akademiyasında məşqlərə başlayan Diyananın ilk məşqçisi Alina Kazanskaya olub. Zala gəldiyi gündən mütəxəssislərin rəğbətini qazanan Diyana tezliklə Rusiya paytaxtında baş tutan yarışlarda adından söz etdirib.
Hazırda "Moskva-98" klubunun şərəfini qoruyan bu istedadlı həmyerlimizin məşqçisi vaxtilə İrina Vinerin yetirmələrindən olan Karina Şmelevadır. Diyanının ən böyük arzusu isə Azərbaycan yığmasının şərəfini qorumaq və üçrəngli bayrağımız altında medallar qazanmaqdı. Valideynlərinin daim ona dəstək olduğunu deyən bu istedadlı idmançının arzusunun tezliklə həyata keçəcəyinə ürəkdən inanırıq.
Araz Əhmədov
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |