"Uşaqlarınızı basketbol zallarına gətirin" - Anar Həsənov
Azərbaycanda top oyunlarına daim maraq olub. Ölkəmizdə futbolla yanaşı, voleybol və basketbola böyük sevgi var.
Düzdür, son illər Azərbaycan basketbolu yaddaqalan uğuru ilə öyünə bilməz. Amma bu idman növü ölkəmizdə var, yaşayır vəəhatə dairəsini genişləndirir. Saytımızın əməkdaşları hazırda bu idman növünün sirlərini uşaqlara öyrədən Bakının 53 saylı məktəbində yerləşən zalı ziyarət edib.
Yasamal rayonu ərazisində olan bu zalda xeyli sayda yeniyetmə basketbolun sirlərini öyrənir. 2 dəfə Azərbaycan çempionu olmuş Anar Həsənovun rəhbərliyi altında məşq edən "Renat" klubunun kiçikyaşlı basketbolçuları ölkə çempionatında inamlı çıxışlarıyla yadda qalıblar. 4 dəfə paytaxt birincisi olmuş Anar müəllim danışır:"Bizim 13 yaşlılarımız ölkə çempionatının qrup mərhələsində 4 oyundan 3-nü uddu. Bununla da, turnirin final mərhələsinə vəsiqə qazandıq. Ölkə çempionatını Basketbol Federasiyası və Təhsil Nazirliyi keçirir. Hazırda uşaq basketboluna böyük maraq var. Amma bu sahəyə böyük yatırımlar edilmədiyindən hələ ki, istənilən inkişaf gözə çarpmır". Ömrünü basketbola həsr edən Anar müəllim vəziyyətdən çıxış yolunu uşaq basketboluna şirkətlərin sponsorluğunda görür:"Əgər tanınmış şirkətlər uşaq basketboluna sponsorluq edərsə, bu sahədə lazım olan zallar istifadəyə verilərsə, düşünürəm ki, bir neçə ildən sonra bunun bəhrəsini görərik. Biz məşqçilərə heçnə lazım deyil. İnventar olsun, zal olsun və biz öz işimizi görək". Ümumiyyətlə Azərbaycanda uşaqlarını basketbola verməyə o qədər həvəsli deyillər. Anar Məşqçinin fikrimcə, gec-tez bu stereotiplər də aradan qalxacaq:"Mən buradan bütün valideynlərə səslənirəm ki, uşaqlarınızı basketbol zallarına gətirin. Burada sizin övladınız həm məşq edəcək, həm də gələcəyə yaxşı insan kimi hazırlanacaq".
Qeyd edək ki, Anar Həsənovun məşq keçdiyi 53 saylı məktəb Elmlər Akademiyası metrosunun yaxınlığında yerləşir.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |