Taekvondo və boks yığmalarının baş məşqçilərinin taleyinə aydınlıq gəlib
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında medallar əldə etmiş taekvondo və boks üzrə Azərbaycan yığmalarının baş məşqçilərinin milli komandadakı gələcək taleyi ilə bağlı qərar verilib.
Sportfm.az xəbər verir ki, bu barədə "Report"a hər iki federasiyada icraçı direktor vəzifəsində fəaliyyət göstərən Nağı Səfərov məlumat verib. O, bildirib ki, taekvondo üzrə yığma komandanın baş məşqçisi Rza Mehmandustla müqavilə müddəti artırılıb. İranlı mütəxəssislə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına qədər anlaşma əldə olunub. Bu müddətdə onun nəticələri qaneedici sayılsa, anlaşma müddəti yenidən artırıla bilər. Boks yığmasının müqavilə müddəti başa çatan baş məşqçisi Pedro Roke isə istefaya göndərilib. N.Səfərovun sözlərinə görə, səbəb kubalı mütəxəssisin nəticələrinin federasiya rəhbərliyini qane etməməsidir. O bildirib ki, yeni baş məşqçi ilə bağlı qərar hələ verilməyib:"Namizədlər var. İdmançılar hazırda öz klublarında məşq edirlər. Ən geci 2017-ci ilin yanvarınadək yeni baş məşqçi təyin olunmalı və hazırlıqlara başlamalıyıq".
Qeyd edək ki, Azərbaycan taekvondoçuları "Rio-2016"da 1 qızıl, 2 bürünc, boksçular isə 1 gümüş, 1 bürünc medal qazanıblar. Hər iki federasiyanın prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
“Sabah” – “Zirə” oyununun biletləri satışda 28.03.2024, 20:30
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |