Dünya çempionatının səfiri azərbaycanlı gimnastlara dərs keçdi - FOTO
Bədii gimnastika üzrə dəfələrlə dünya çempionu, Bakıda dünya çempionatının səfiri Yana Batırşina gimnastikasevərlər üçün açıq ustad dərsi keçirib.
Sportfm.az xəbər verir ki, Rusiyanın Əməkdar idman ustasının Bakıdakı Milli Gimnastika Arenasında görünməsi yerli idmansevərləri sevindirib. Valideynləri ilə birlikdə dayanmış 20-dən çox gələcək gimnast səbirsizliklə qonağın gəlişini gözləyib.
Y.Batırşina ustad dərsinin əvvəlində gənc gimnastlarla birlikdə isinmə hərəkətləri edib. İştirakçılardan hər biri top, halqa və lentdən istifadə vərdişlərini nümayiş etdirib. Dəfələrlə dünya çempionu gənc gimnastlara məşhur “Batırşina hoppanması”nı nümayiş etdirib. Bu uşaqların böyük potensialı olduğunu vurğulayan qonaq əmin olduğunu bildirib ki, qarşıda onları parlaq gələcək gözləyir.
Sonda Batırşina ustad dərsinin hər bir iştirakçısı, habelə onların valideynləri ilə şelfi çəkdirib.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |