Azərbaycanlı Avropa çempionu: “Ali məktəbə qəbul olunmaqla daha bir arzum həyata keçdi”
Azərbaycan Respublikasının “Təhsil haqqında” qanununa edilmiş müvafiq dəyişikliklər dünya və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin qaliblərinin, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionlarının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbuluna imkan verib. Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq artıq həmin şəxslərin ali məktəblərə qəbulu həyata keçirilib. Bu imkandan artıq bir çox istedadlı Azərbaycan gənci faydalanıb. Onlardan biri də Aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının qızıl medalını qazanan Balaxanım Əhmədovadır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi 2001-ci ildə Borçalı mahalının Qardabani rayonunun Qaratəhlə kəndində anadan olub. 2005-ci ildə Nizami Rayon Uşaq-Gənclər İdman Məktəbinin gimnastika bölməsinə yazılıb. Daha sonra məşqlərini “Təhsil” Respublika İdman Mərkəzində davam etdirib. Bakıdakı 1 nömrəli idman liseyini bitirib. Aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının qızıl medalına layiq görülüb.
Gənc idmançı bu uğurunu belə şərh edib: "3 yaşımdan gimnastika ilə məşğulam. 5 yaşımdan etibarən isə bu idmanla professional olaraq məşğul oluram. Uzun illərdir ki, qarşıma qoyduğum hədəflərim vardı. Onlardan biri də Avropa çempionu olub Azərbaycanın bayrağını göylərə qaldırmaq idi. Şükürlər olsun ki, bu arzumu reallaşdıra bildim. Bununla paralel olaraq bu il ali məktəbə qəbul oldum. Düzdür, intensiv məşqlərə görə hazırlığa çox vaxt ayıra bilmirdim. İdman burada da mənə kömək etdi. Belə ki, ali məktəbin test imtahanlarına hazırlaşdığım ərəfədə Avropanın aerobika üzrə ən güclüsü adını qazandım. Bu isə mənim akademiyaya müsabiqədənkənar qəbul olunmağım demək idi. Buna çox sevindim. Ali məktəbə qəbul olunmaqla daha bir arzum həyata keçdi. Mən bütün gənc idmançılara sona qədər mübarizə aparmağı, bütün çətinlikləri xarakter göstərərək aşmağı və hədəfə çatmağı arzu edirəm".
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |