Formula 1 yarışları haqqında bunları bilməlisiniz - MƏLUMAT
Aprelin 26-da Bakıda növbəti Formula 1 yarışları start götürüb.
Sportfm.az xəbər verir ki, Formula 1 dördüncü ildir ki, Bakıda keçirilir.
Xalların verilməsi, mərhələlər, bayraqlar və digər mühüm qaydaları bilmirsinizsə, bu yazı sizin üçündür.
XALLAR
Formula 1 yarışlarında xallar
1-ci yer - 25 xal 6-cı yer - 8 xal
2-ci yer - 18 xal 7-ci yer - 6 xal
3-cü yer - 15 xal 8-ci yer - 4 xal
4-cü yer - 12 xal 9-cu yer - 2 xal
5-ci yer - 10 xal 10-cu yer - 1 xal
Hər yarışın qalibi 25 xal qazanır. 10-cu yeri alan isə 1 xal alır.
Yarışlar həftəsonu keçirilir və 3 məşq yarışından, kvalifikasiya yarışından və yarışın özündən ibarətdir.
MƏRHƏLƏLƏR
Cümə günü - İki 90 dəqiqəlik məşq yarışı
Şənbə günü - Bir 60 dəqiqəlik məşq yarışı; bir 60 dəqiqəlik kvalifikasiya yarışı
Bazar günü - Bir final yarış
Kvalifikasiyanın 3 mərhələsi olur:
Q1 - sürücülərə 18 dəqiqə vaxt verilir ki, bir dövrəni ən qısa bir zamanda etsinlər. Raundun sonunda ən sürətsiz 6 maşın yarışdan çıxarılır və yarışı axırıncı 6 yerdə başlayacaq
Q2 - qalan sürücülərə 15 dəqiqə vaxt verilir, onlardan sonuncu 6 maşın yarışdan çıxarılır və yarışı 11-16 yerlərdə başlayacaq
Q3 - Kvalifikasiya raundunun son mərhələsində maşınlar 12 dəqiqə ərzində halqanı dövriyyə edir və qalan start yerləri müəyyən olunur.
Yarışın özü 2 saatdan çox ola bilməz - amma "qırmızı bayraq" olsa, yəni yarış dayandırılsa, 4 saatdan çox davam edə bilməz.
BAYRAQLAR
Sürücülərə mühüm mesajları çatdırmaq üçün bayraqlardan istifadə olunur.
Sarı bayraq: Yavaşla, ötüb keçmə
Yaşıl bayraq: Trek açıqdır
Qırmızı bayraq: Yarış dayandırılır
Göy bayraq: Daha sürətli maşın ötüb keçmək istəyir
Ağ-qara bayraq: Yarış bitib
Qara bayraq və maşının nömrəsi: Yerinə qayıt/ diskvalifikasiya
KOMANDALAR VƏ SÜRÜCÜLƏR
2019-cu ildə keçirilən F1 yarışlarında 10 komanda iştirak edəcək. Hər komanda yarışlarda iştirak edəcək 2 sürücü seçir. Onlar fərdi olaraq sürücülərin çempionatında iştirak edir, ümumi xallar isə konstruktorların çempionatı üçün komandalara görə hesablanır.
Lewis Hamilton artıq 5 dəfə çempion olub
Mövsümün sonunda ən çox xal qazanan sürücü və komanda dünya çempionu olur.
Hazırkı çempion sürücü: Lewis Hamilton (2008, 2014, 2015, 2017, 2018)
Yarışlarda daha iki keçmiş çempion iştirak edir: Sebastian Vettel (2010, 2011, 2012 və 2013 qalibi) və Kimi Raikkonen (2007 qalibi)
Hazırkı çempion konstruktorlar: Mercedes. Bu komanda ötən il 21 yarışdan 11-də qalib gəlmişdi.
TARİX
Formula 1 Dünya Çempionatı 1950-ci ildə başlayıb.
İlk çempion 44 yaşlı Giuseppe Farina olub, konstruktorlar arasında isə ilk çempion 1958-ci ildə seçilib - Vanwall.
Hazırda ən çox qalib gələn sürücü Michael Schumacherdir - o, 7 dəfə çempion olub və 91 yarışda qalib gəlib. Ferrari isə konstruktorlar arasında rekorda sahibdir: bu komanda 234 yarışda qalib gələrək 16 dəfə çempion olub.
Formula 1 Azərbaycanda 2023-cü ilədək keçiriləcək.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |