5 il müddətinə yenidən prezident seçildi - FOTO
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) növbəti yığıncağı keçirilib.
Sportfm.az xəbər verir ki, toplantıda ARAF İdarə Heyətinin üzvləri və 100-ə yaxın federasiya nümayəndəsi iştirak edib.
Həmçinin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də yığıncaqda olub.
Federasiyanın vitse-prezidentləri Mahir Muradov və Elşad Abbasov müvafiq olaraq atçılığın konkur və cıdır növü üzrə son 5 ildə görülən işlər barədə məlumat verib, federasiyanın idarə heyətinin üzvü Bəsirət Quliyev Milli at cinsləri və Milli atüstü oyunlarla bağlı məruzələr edib.
Ardından federasiyaya prezident seçkiləri keçirilib. Nəticədə Elçin Quliyev maksimal səs çoxluğu ilə növbəti 5 il müddətinə yenidən ARAF-ın prezidenti seçilib.
Ümumi yığıncağın qərarı ilə ARAF-ın 1-ci vitse-prezidenti vəzifəsinə Mahir Muradov, vitse-prezident vəzifələrinə Elşad Abbasov, Bəsirət Quliyev, Sakit Məmmədov və Bəhruz Nəbiyev seçilib və idarə heyətinin üzvləri təsdiq olunublar.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |