Üçqat Avropa çempionu olan azərbaycanlı idmançıya vəzifə verilib.
Sportfm.az xəbər verir ki, Uşu-Sanda üzrə Avropa çempionu Elçin Eminov Azərbaycan Uşu Federasiyasının təşkilatı məsələlər üzrə şöbəsinin müdiri təyin edilib.
Bu barədə Federasiya prezidenti Azər Həsənsoy əmr imzalayıb.
Xatırladaq ki, Elçin Eminov Uşu-Sanda idman növü üzrə 3 qat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının bürünc və gümüş medal sahibi və Prezident mükafatçısıdır.