Həbibin gizli şəxsi həyatı - FOTO
30 yaşlı Həbib Nurməhəmmədovun ailəsi ilə bağlı az məlumat var: ailəlidir, iki övladı (qızı və oğlu) var, atası məşqçidir.
Sportfm.az xəbər verir ki, dağıstanlı idmançının fanatları arasında onun ailə həyatının müzakirəsi qeyri-etik hesab edilir, ancaq müsəlmanlıqdan kənar şəxslər arasında onun həyat yoldaşının kimliyi maraq doğurur.
“Həbibin arvadı kimdir?” mövzusu ilə bağlı çox sayda fotoşopla hazırlanmış şəkillər var ki, bu fotolardakı şəxslər ya onların ailə üzvləri, ya fanatları, ya da ki… Olqa Buzovadır. Bəzi Qərb mediası müğənnini Həbibin həyat yoldaşı kimi təqdim edib.
Əslində isə Həbibin həyat yoldaşının adı sirr kimi saxlanılır. Onun fotoları yalnız toy mərasimində çəkilib. Mərasimdə gəlinin yalnız gül buketi tutan əlləri görünür, yerli adət-ənənələrə əsasən, gəlinin üzü qalın fata ilə örtülür və mərasimin sonunadək o, bəyin yanında əyləşir. Yeri gəlmişkən, paylaşılan ikinci fotoya şəbəkə istifadəçiləri “Gəlini tapın” şərhini yazıblar.
Həbibin sözlərinə görə, arvadı onun yaxşı qazancına baxmayaraq, klublara və butiklərə getmir, eləcə də, öz biznesi yoxdur. O, hətta Həbibin döyüşlərinə getmir. Onun bütün həyatı ev işləri və uşaqların tərbiyəsinə yönəlib. Eyni gizliliyi döyüşçü övladlarına qarşı da həyata keçirir.
Bu səbəbdən onun şəxsi həyatı ilə bağlı informasiyalara inanmaq çox çətindir. Yeganə inanmağın mümkün olduğu məsələ Həbibin cəmi bir arvadının olması ilə bağlıdır. Dörd qadınla evlənmək imkanı barədə idmançının atası və məşqçisi Nurməhərrəmov Abdulmanaf jurnalistlərə müsahibələrindən birində xatırladıb və bildirib ki, onların ailəsində minimum ikiarvadlılıq qəbul edilib.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |