Aerobika gimnastikası üzrə Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyi yekunlaşdı - NƏTİCƏLƏR
6 və 7 oktyabr tarixlərində Milli Gimnastika Arenasında Aerobika gimnastikası üzrə Açıq Azərbaycan Çempionatı və Bakı Birinciliyi təşkil olunub.
Sportfm.az xəbər verir ki, yarışlarda "Ocaq Sport” və "AyUlduz” klublarının təmsilçiləri, həmçinin Bolqarıstan, Rusiya, Qazaxıstan və Ukraynadan gələn gimnastlarla birlikdə 200-dən çox gimnast öz qüvvəsini sınayıb.
İdmançılar 7-8, 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyasında fərdi qadın və kişi, qarışıq cütlük, üçlük və qrup proqramı üzrə yarışlarda bacarıqlarını nümayiş etdiriblər.
Rəqabət və həyəcanın yüksəkdə olduğu turnirdə fəxri kürsünü yerli gimnastlarımız, qonşu dövlətlərin təmsilçiləri ilə bölüşüblər. Mükafatçılar sırasında üstünlüyü, məhz elə turnirə ən böyük heyətlə qatılmış Rusiya komandası əldə edib. Gənclər və böyüklərdə milli komandamızın üzvlərindən Dilarə Qurbanova, Balaxanım Əhmədova, Məryəm Topçubaşova, Elçin Məmmədov, Nərminə Hüseynova yerli idmançılar arasında ən yüksək nəticə göstərib.
İki gün davam etmiş yarışların nəticələri barədə ətraflı məlumatı federasiyanın internet səhifəsindən http://agf.az/az/competitions/information/177 tanış ola bilərsiniz.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |