Yığmalarımız medalsız qaldı - ABŞ Olimpiadanın qalibi oldu
Bu gün Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub.
Sportfm.az xəbər verir ki, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları sonuncu – XI turda müvafiq olaraq, Serbiya və Vyetnam komandaları ilə qarşılaşıblar.
Kişilərdən ibarət kollektiv rəqibini 4:0 hesabı ilə məğlub edərək xallarının sayını 15-ə çatdırıb və yarışı 15-ci pillədə başa vurub. İlk 3 yerdə qərarlaşan ABŞ, Rusiya və Çin eyni – 18 xal toplayıb. Lakin əlavə əmsallara görə ABŞ Olimpiadanın qalibi olub.
Qadınlardan ibarət millimiz isə son oyunda heç-heçə etməklə xalını 16-ya yüksəldib və yekunda 9-cu yeri tutub. Çin və Ukrayna 18 xal toplasa da, asiyalılar əlavə əmsallara görə birinci olub.
Ümumdünya Şahmat Olimpiadası
XI tur
Serbiya - Azərbaycan - 0:4
Duşan Popoviç - Teymur Rəcəbov - 0:1
Miloş Roqanoviç - Arkadi Naydiç - 0:1
Marko Neneziç - Rauf Məmmədov - 0:1
Velimir İviç - Eltac Səfərli - 0:1
A.Naydiçlə E.Səfərli ağ, T.Rəcəbov və R.Məmmədov isə ağ fiqurlarla oynayıblar.
Qadınlar
Vyetnam - Azərbaycan
Vo Thi Kim Funq - Günay Məmmədzadə - 0:1
Fam Le Thao Nquen - Zeynəb Məmmədyarova - 0,5:0,5
Thi Bao Tram Hoanq - Gülnar Məmmədova - 0,5:0,5
Thi Mai Hunq Nquyen - Ülviyyə Fətəliyeva - 1:0
Z.Məmmədyarova və Ü.Fətəliyeva ağ, G.Məmmədzadə və G.Məmmədova isə qara fiqurlarla oynayıblar.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |