"İrəli getmək üçün ölülərin arası ilə hərəkət etməlisən" - Dəhşətli etiraflar
Yer kürəsinin ən hündür zirvəsi olan Everesti fəth edən məşhur ukraynalı alpinist İrina Qalay Nepalda başına gələn hadisələrdən danışıb.
Sportfm.az xəbər verir ki, dünyada 8848 metr hündürlüyə qalxan ikinci alpinist qadın olan İrina bunları deyib:"Əgər ora gedirsənsə, ölümü gözə almalısan. Mən bu ekspedisiyada ən yaxın dostumu itirdim. Bu səfərdə kor ola, şikəst qala bilərsən. Ancaq ora çatdıqda bunlar haqqında düşünmürsən. Biz ora qalxanda yolboyu çoxlu meyidlər gördük. Onlar hər yerdədi. İrəli getmək üçün ölülərin arası ilə hərəkət etməlisən. Başqa yolun yoxdur".
Əvvəllər də Everesti fəth etməyə cəhd edən Qalay ilk səfərdə etdiyi səhvlərdən dərs çıxarıb:"İlk dəfə yola çıxanda mən bəzi məqamları bilmirdim. Orda kislorodsuz qalmaq olmaz. Mən bunu sonradan öyrəndim".
İdmançı dağın zirvəsinə qalxdığı zaman alpinistlərin düşərgəsində gördüyü dəhşətli səhnələrdən də bəhs edib:"Biz orda olanda iki çexiyalı alpinist dağa dırmaşmağa hazırlaşırdı. Biz geri qayıtdıq, onları yenə orda gördük. Bu dəfə barmaqları kəsilmiş, gözləri kor olmuş vəziyyətdə idilər. Dəhşətli səhnə idi. 7800 metr yüksəklikdən yuxarı çıxa bilməmişdilər. Böyük təcrübəyə malik olmayan alpinistlərin Everestə qalxması məsləht deyil".
Qeyd edək ki, dünyada cəmi 18 nəfər alpinist ən uca zirvəni fəth edə bilib.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |