Polis əməkdaşları hədəfi nişan aldı - FOTO
Аzərbаycаn pоlisinin 100 illik yubileyi ilə əlaqədar müxtəlif tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sportfm.az-a bildiriblər ki, bu tədbirlər çərçivəsində nazirliyin əməkdaşları arasında atıcılıq tiri üzrə yarış təşkil olunub.
Açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədr müavini, polis polkovniki Elçin Rüstəmov ümummilli lider Heydər Əliyevin qətiyyəti nəticəsində dövlətçiliyin qorunub saxlanması, sabitliyin bərqərar olmasında hüquq mühafizə orqanlarının xidmətlərini vurğulıb. Diqqətə çatdırıb ki, ötən 100 ildə Azərbaycan Polisinin xalqa sədaqətlə xidmət etməsi, öz vəzifələrini daim ləyaqətlə yerinə yetirərək xalqın mənafelərini qoruması, müstəqillik illərində əldə etdiyi yüksək nəticələrlə hazırda ölkəmiz MDB məkanında, həmçinin Şərqi Avropa bölgəsi üzrə cinayətlərin sayının azlığı, sabitliyin etibarlı təminatı baxımından ən yaxşı göstəriciyə malik dövlətdir.
İdman təlimi bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov “Polis haqqında” və “Xidməti və mülki silah haqqında” Qanunla əlaqədar tədbir iştirakçılarına məlumat verərək, qanunvericilikdən irəli gələn tələblər barədə onları məlumatlandırıb, yarışın qaydaları və təhlükəsizlik tədbirlərini izah edib.
Daha sonra güllə atıcılığı yarışına start verilib.
Ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən 12 komandadan 85 əməkdaş hədəfi nişan alaraq müxtəlif hərəkətlər üzrə məharətlərini göstəriblər.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda komanda hesabında ilk üçlükdə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ), Daxili Qoşunlarının Baş İdarəsi və DİN-in Komendant Xidmətinin əməkdaşları qərarlaşıblar.
Yarışın proqramına daxil olan tabel silahından atəş açmaq üzrə birinci xüsusi tapşırığın yerinə yetirilməsində qadınlar arasında BDYPİ-nin əməkdaşı, polis polkovnik-leytenantı Fəqanə Kərimova fərqlənib. Bu nəticə ilə o, beşinci dəfə DİN birinciliyinin qalibi olub. Kişilər arasında da BDYPİ-nin əməkdaşı, polis baş leytenantı Pərviz Tağıyev ən yüksək nəticə göstərərək yarışın baş mükafatına layiq görülüb.
İkinci xüsusi tapşırığın yerinə yetirilməsində DİN-in Komendant Xidmətinin polis baş serjantı Aynurə Muradova daha çox xal toplayıb. Əlahiddə Çevik Polis Alayının təmsilçisi Ramin Quliyev də xüsusi tapşırığı müvəffəqiyyətlə yerinə yetirərək fəxri kürsünün ilk pilləsinə qalxıb.
Kişilər arasında avtomatdan hədəfi nişan almaqda BDYPİ-nin daha bir əməkdaşı, polis polkovnik-leytenantı Fuad Alışov da rəqiblərini üstələyərək qələbələrin sayını üçə çatdırıb.
Beləliklə, yekunda BDYPİ-nin əməkdaşları ən yüksək nəticə əldə ediblər. Yol polislərinin komandasının rəhbəri, polis kapitanı Süleyman Əliyev bildirib ki, bayır xidmətinin çətinliklərini nəzərə alaraq yol polisləri bu yarışa daha ciddi hazırlaşıblar. Ümumilikdə xidməti-tətbiqi idman növləri, o cümlədən DİN birinciliklərində yüksək nəticələr qazanmağı qarşımıza məqsəd qoymuşuq.
Yarışın idarə olunmasında polis polkovnik-leytenantları Elnur Həsənov, Seymur Qurbanbəyov, Zaur Məcidov, polis kapitanları Munir Orucov və Əlişan Tunc iştirak ediblər.
Sonda qaliblərə medallar, diplomlar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |