Cüdo üzrə Azərbaycan çempionatlarına və respublika miqyaslı yarışlara təyinat alan hakimlər fiziki hazırlıq üzrə test veriblər.
Sportfm.az xəbər verir ki, testlərə Azərbaycan Cüdo Federasiyası Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Mətin Rəhimli nəzarət edib.
Testlər Olimpiya Stadionunda və orada yerləşən Cüdo Təlim-Məşq Bazasında götürülüb.