Bakıdakı dünya çempionatında iştirak edən türk cüdoçu:"Gözlərim doldu" - MÜSAHİBƏ
Bakıda cüdo üzrə dünya çempionatı davam edir. Yarışın 4-cü günündə kişilər 81 kq, qadınlar isə 63 kq çəki dərəcələrində mübarizə aparırlar. Günə çernoqoriyalı Srdjan Mrvaljeviç üzərində qələbə ilə başlayan türkiyəli cüdoçu Vedat Albayrak döyüşdən sonra sevincini Sportfm.az saytının əməkdaşı ilə bölüşüb:"Azərbaycan publikası qarşısında çıxış etdiyim üçün çox xoşbəxtəm. Hətta tatami üzərinə çıxmadan öncə tribunalardan "Türkiyə, Türkiyə" sədalarını eşitdikdə gözlərim doldu. Burda özümü vətənimdəki kimi hiss edirəm". İkinci görüşündə lüksemburqlu Bayanaa Bilgeni də diz çökdürən Albayrak saytımıza turnirin səviyyəsi haqqında danışıb:"Yarış yüksək səviyyədə təşkil olunub. Biz şəxsən çox razıyıq. Bu turnirdə böyük ustalar iştirak edir. Mən Türkiyə adına medal qazanmaq üçün əlimdən gələni edəcəm. Bilirəm çətin olacaq. Ancaq biz hər çətinliyə hazır olmalıyıq. Hələ ki, şəhəri gəzməyə vaxtım olmayıb. Amma avtobusun şüşəsindən gördüklərim əsasında onu deyə bilərəm ki, Bakı çox gözəldi".
Qeyd edək ki, bu gün Azərbaycan müvafiq çəkilərdə heç bir idmançı ilə təmsil olunmur.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |