Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
Bakı Olimpiya Stadionunda Azərbaycan Cüdo Federasiyasının konfransı və İcraiyyə Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, tədbirdə çıxış edən Cüdo Federasiyanın prezidenti Rövnəq Abdullayev son zamanlar bu idman növündə qazandığımız uğurlardan bəhs edib. Konfrans gündəliyi ilə tanışlıqdan sonra gündəmdə duran məsələlər müzakirə olunub. ACF Baş katibi Elmar Babanlı bildirib ki, 2015-ci il sentyabrın 10-da keçirilmiş konfransdan sonra cüdonun inkişafında yeni mərhələ başlayıb. Onun sözlərinə görə, yeniyetmə, gənc, böyüklər və paralimpiya komandaları yüksək nailiyyətlər göstərib. O, medalların illər üzrə artdığını (2015-ci ilin son 3 ayında 25, 2016-cı ildə 140, 2017-ci ildə 191 medal), "Rio-2016"da 2 gümüş medal, paracüdoçuların isə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazandıqlarını söyləyib. İclasda 2015-ci ildən bu yana cüdoda əldə etdiyimiz yüksək əyarlı medalların statistikası da açıqlanıb. Həmçinin, müxtəlif yaş qrupları üzrə milli komandalarımızın beynəlxalq yarışlarda dəfələrlə fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı qeyd edilib. İclasda yaradılan əlverişli şəraitdən də söz açılıb. Son illər bölgələrdə cüdonun inkişafı, beynəlxalq dərəcəli hakimlərin yetişdirilməsi, daxili yarışlarda rekord sayda idmançının iştirakı da konfransda unudulmayıb. Tədbirdə federasiya rəsmisi Faiq Cəfərov illik maliyyə hesabatı haqqında geniş məlumat verib. Bildirilib ki, 15 milyon manatın 11 milyon manatı sponsorlardan, 3 milyon manatı SOCAR-ın İJF ilə əməkdaşlığı nəticəsində pul və əmlak formasında daxil olub. Gəlirlərdən yığmanın toplanış və yarışlarına 5 milyon manatdan çox vəsait xərclənib. Təqribən bu qədər vəsait ölkədaxili yarışlara, 911 min manatı vitaminləşməyə, 2 milyon 400 min manat əmək haqqı və mükafatlara, 911 min manatı yeni avadanlığın alınmasına, 230 min manatı xaricdə seminarlara sərf olunub.
Daha sonra Azər Əsgərov ACF İcraiyyə Komitəsinə, DİN İC, MOİK, "Sərhədçi", FHN, "Judo Club", "Qəbələ", "Turan", 1 nömrəli RİOEUGİM ACF üzlüyünə qəbul olunub.
Sonda çıxış edən R.Abdullayev əldə olunan uğurlara görə federasiya üzvlərinə minnətdarlığını bildirib. O, qarşıda ACF-i vacib yarışların gözlədiyini deyib: "Bakıdakı dünya çempionatı pik yarışımız olacaq. Biz bu yarışa saatbasaat yaxşı hazırlaşmalıyıq. Cüdoictimaiyyətini prosesə cəlb etməli, ilk dəfə Bakıda keçiriləcək mundialda yüksək nəticə göstərməliyik. Bu, bizim vicdan borcumuz olmalıdır”.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |