Lisenziya turnirində 12 boksçumuz olacaq
Martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda start götürəcək boks üzrə Avropa Olimpiya Təsnifat Turniri üçün kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandalarının heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, 10 gün davam edəcək yarışda ölkəmizi 12 boksçu təmsil edəcək.
Azərbaycan kişi boksçuların mübarizəsində tam heyətlə təmsil olunacaq. Millimizin baş məşqçisi Umberto Orta Dominqez Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Rüfət Hüseynov (52 kq), Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Rauf Rəhimov (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.
Bu çəki dərəcələrindən 52 kq, 57 kq və 63 kq-da ilk “səkkizlik”də qərarlaşacaq boksçular Olimpiadada iştirak hüququ qazanacaqlar. 69 kq, 75 kq və 81 kq-da “altılıq” lisenziyaya sahib olacaq. Ağır çəkilərdə – 91 kq və +91 kq-da isə “dördlük” Tokio-2020 arzusunu reallaşdıracaq.
Qadınlardan ibarət yığmamızın baş məşqçisi Elbrus Rzayev Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq), Məryəm Cəbrayılova (69 kq) və Aynur Rzayevanı (75 kq) Londona aparmağa qərar verib. 51 kq və 57 kq çəki dərəcələrində “altılıq” lisenziyaya sahib olacaqsa, 69 kq-da “beşlik”, 75 kq-da isə “dördlük” Olimpiadada iştirakını rəsmiləşdirəcək.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |