Usik ilin ən yaxşısı seçildi
Ukraynalı idmançı Aleksandr Usik Amerika televiziya şəbəkəsi ESPN-in versiyasına görə, 2018-ci ilin ən yaxşı boksçusu seçilib.
Sportfm.az xəbər verir ki, cari ildə Usik keçirdiyi üç döyüşdə qalib gəlib. Ukraynalı yanvarda Dünya Boks Super Seriyasının (WBSS) yarımfinalında latviyalı Mairis Briedis üzərində qələbə qazanıb. İyulda turnirin finalında rusiyalı Murat Qassiyevi məğlub edərək WBSS kubokuna sahib olub. Dünya Boks Şurasının (WBC), Dünya Boks Təşkilatının (WBO), Dünya Boks Assosiasiyasının (WBA) və Beynəlxalq Boks Federasiyasının (IBF) dünya çempionu titulları adını qazanıb.
Noyabrda ukraynalı idmançı britaniyalı Toni Belleylə döyüşdə kəmərlərini qorumağı bacarıb. Səkkizinci raundun ikinci dəqiqəsində Usik rəqibini nokaut edib.
Ukraynalının peşəkar rinqdə 16 qələbəsi (12 nokaut) və bir məğlubiyyəti var. Həvəskar rinqdə Usik Olimpiya Oyunlarının (2012-ci il), Avropa çempionatının (2008-ci) və dünya çempionatının (2011-ci) qalibi olub.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |