Boksçularımızın Olimpiadadakı rəqibləri bəlli oldu
Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında boksçularımızın yarımfinaldakı rəqibləri müəyyənləşib. Yarımfinal mərhələsinə yüksələn boksçularımız Olimpiadanın ən azı bürünc medalını təmin ediblər.
Sportfm.az xəbər verir ki, ilk döyüşündə kanadalı Spenser Volcoksa qalib gələn yığmamızın bayraqdarı, Avropa çempionu Nurlan Səfərov (60 kq) yarımfinal mərhələsində Atiçay Foemsap (Tailand) ilə qarşılaşacaq.
Digər boksçumuz Nicat Həsənovun (69 kq) da Olimpiadada debütü uğurlu alınıb. Avropa çempionatının gümüş medalçısı ilk görüşündə Amerika Samoasını təmsil edən Falaniko Tautayadan üstün olub. Finala gedən yolda dəri əlcək ustamız mərakeşli Yassin Elouarz ilə üz-üzə gələcək.
Hər iki boksçumuz yarımfinal döyüşünə oktyabrın 16-da çıxacaq.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |