“Hədəfim Olimpiadada da qızıl medal qazanmaqdır” - Nurlan Səfərov
Hazırlığımız yüksək səviyyədə davam edir. Var gücümüzlə çalışırıq ki, Olimpiadada uğur qazanaq.
Sportfm.az xəbər verir ki, bu sözləri gənclərdən ibarət Azərbaycan millisinin üzvü Nurlan Səfərov deyib.
Avropa çempionumuz oktyabrın 6-dan 18-dək Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına hazırlığı yüksək dəyərləndirib. 60 kiloqram çəki dərəcəsində rinqə çıxacaq Nurlan Səfərov deyib: “Olimpiadaya lisenziyanı Avropa birinciliyində əldə etmişəm. İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində keçirilmiş çempionatda çox yaxşı formadaydım. Düzdür, bu yarışın ardınca baş tutan dünya birinciliyində özümü yaxşı tərəfdən göstərə bilmədim. Buna çempionat ərəfəsində xəstələnməyim səbəb oldu. Amma bu dəfə hər şey plan üzrə gedir və yenə də çox yaxşı formadayam. Əsas məqsədim məşqlərimizin bəhrəsini görmək, Argentinadan medalla qayıtmaqdır”.
Boksçumuz rəqibləri barədə də məlumatlar topladığını deyib: “Məşqçilərimlə birgə lazımi təhlillər aparmışıq. ABŞ, Tailand, Misir, həmçinin Afrika qitəsindən olan idmançılar yarışa iddialı gələcəklər. Lisenziya qazanan boksçuların hamısı güclüdür. Hər şey rinqdə bilinəcək. Hədəfim Avropa çempionatında olduğu kimi, Olimpiadada da qızıl medal qazanmaqdır”.
Qeyd edək ki, Azərbaycan milli komandası III Yay Olimpiya Oyunlarında 17 idmançı ilə təmsil olunacaq. Onlardan ikisi boksçudur.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |