Azərbaycan yığmasının üzvü dəstə-dəstə pulla şəklini paylaşdı - FOTO
Azərbaycan boks millisinin və "Qəbələ” İdman Klubunun üzvü, Rio-2016 Olimpiya oyunlarının gümüş mükafatçısı Lorenso Sotomayorun şəxsi "instagram” hesabında dəstələrlə manat şəkli paylaşması birmənalı qarşılanmayıb.
Sportfm.az xəbər verir ki, milliləşdirilmiş boksçu bu paylaşımı ilə qıcıq yaradıb. "Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov bu hərəkətin idmançıya yaraşmadığını bildirib. Bundan başqa Nəcəfov Sotomayorun "Qəbələ”dəki maaşını da açıqlayıb: "Sotomayor "Qəbələ”də aylıq 500 manat maaş alırdı. Son yarışlarda uğur qazanmadığı üçün o maaş da kəsilib. Yəni onun əlində tutub çəkdirdiyi pulların "Qəbələ”yə heç bir aidiyyatı yoxdur. Çox güman ki, həmin pullar millinin heyətində olanda beynəlxalq yarışlarda qazandığı uğurlara görə verilən mükafatdır. Əlbəttə ki, bu cür paylaşım bəyənilməyən haldır”.
Qeyd edək ki, Lorenso Sotomayor 29 iyun 2015-ci ildə I Avropa Oyunlarında qazandığı nailiyyətə görə "Şöhrət" ordeni ilə, 1 sentyabr 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında qazandığı uğura görə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni təltif edilib.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |