Futbol Oyun Qaydaları
Saytımızda açılan bu yeni rubrikada oxucularımız futboldakı oyun qaydaları ilə tanış olacaqlar. Həmçinin, oxucularımızı maraqlandıran suallara cavab veriləcək. Başladıq...
Filosofiya və qaydaların ruhu
Futbol – yer üzərində ən görkəmli idman növüdür. Bu oyunla bütün ölkələrdə və bir çox səviyyələrdə məşğul olurlar. Futbol oyun qaydaları bütün dünyada eyni formadadır. Dünya çempionatından tutmuş ucqar kənddə oynayan uşaqlara qədər.
Futbol oyun qaydalarının eyni formatda bütün konfederasiyalarda, ölkələrdə, şəhərlərdə , kəndlərdə keçirilməsi çox yaxşıdır-bu çox böyük üstünlükdür və biz onu qorumalıyıq. Bu həmdə böyük imkandır və biz ondan futbol naminə istifadə etməliyik.
Qaydaların əsas məqsədi düzgünlüyün qorunmasıdır, çünki gözəl oyunun əsası ədalətli olmaqdır. Bu futbolun ruhunun əsas meyarıdır. Hakimlərin meydanda görünmədiyi oyunlar ən gözəl oyunlardır.Burada rəqib oyunçular bir-birinə, rəsmi şəxslərə və oyun qaydalarına hörmətlə yanaşırlar.
Oyun qaydaları və onları tətbiq edən hakimlərə hörmətlə yanaşmalı və onlar qorunmalıdırlar.Bütün iştirakçılar, xüsusənda komandanın kapitanları və məşqçilər rəsmi şəxslərə və onların tətbiq etdikləri qaydalara hörmətlə yanaşmalıdırlar.
Əziz dostlar yuxarı sətrlərdə oxuduqlarınız 2017-2018-ci il FİFA oyun qaydalar kitabının ilk səhifəsidir.Bu format son ilin yeniliklərindən biridir.Baxmayaraq ki, ilk futbol oyun qaydaları 1863-cü ildə Böyük Britaniyada anadan olmuşdur,ancaq müasir futbola oxşar oyunla hələ bizim eramızdan əvvəl məşğul olmağa başlamışlar..Bu oyun böyük tarixi bir yol qət etmiş,keçdiyi dövrlərdə formalaşmış və bu gün milyonların sevimlisinə çevrilmişdir.
Bəli hakimlik problemi artıq ön plana çıxmağa başlamışdır.Bu problem bütün dünya futbol ictimaiyyətini qaynaqlandırır.Bu gün futbolun bütün sahələrinin mütəxəssisləri hakimlik problemini qabartmağa çalışırlar.Bir tərəfdən bu yaxşıdır ki, bizim sahəyə diqqət daha da artır.Başqa nöqteyi –nəzərdən isə fikirləşmək olar ki, axı oyun qaydaları kitabını mütəmadi olaraq yalnız hakimlər oxuyur.Tətbiq olunan qərarlar isə yalnız oyun qaydalarına əsaslanır.
Təsadüfi deyil ki, futbol oyun qaydalarının əsas devizi: ‘‘For the Game. For the World‘‘ öz aktuallığını heç vaxt itirmir.
Bunu nəzərə alaraq "Azərbaycan futbol hakimləri" İctimai Birliyi və Sportfm.az saytı yeni layihəyə start verir.
Futbol oyun qaydaları : tarix və müasir dövr
Beləliklə hakim fit verir və matç başlayır.
Sual: Elnur Qurbanov(Şəmkir) Futbol üzrə rayon birinciliyi keçirilir. Komandalardan biri oyunlar başlamadan yarışdan uzaqlaşdırlır. Turnirdə iştirak edən digər komandan iştirakı dayandırılan kollektivin 3 oyunçusunu heyətinə qatır. Həmin futbolçular iki matçda meydana çıxır və komanda 6 xal qazanır. Həlledici qarşılaşmada həmin 3 futbolçunun meydana çıxmasına icazə verilmir. Komandamıza ultimatum verilir ki, meydana ya 8 nəfərlə çıxmalısınız, ya da texniki məğlubiyyət alacaqsınız. Əlacsız qalıb 8 nəfərlə 11 nəfərə qarşı mücadilə etməli oluruq. 3-1 hesabı ilə məğlub olduq. Oyun bitdikdən sonra nə qədər etiraz etsək də xeyri olmadı. Qaydalar nə deyir ?
Cavab: Bu hadisə oyun qaydaları ilə deyil, yarışın əsasnaməsi ilə tənzimlənir.
Oyun başladı
Salam əziz dostlar, oyunumuz artıq başlayıb. Bu 90 dəqiqəlik vaxt ərzində bizim əsas məqsədimiz sizinlə səmimi münasibət qurmaqdır.
Çünki,bu oyun ərzində biz sizinlə bir komandada çıxış etmək istəyirik.
Bunun üçün ilk növbədə biz hamımız səmimi olmalıyıq.Axı bizim hər birimizin bildiyi və bilmədiyi qaydalar, əhvalatlar, hadisələr var. Səmimiyyət bizə bunları bölüşməyə imkan yerəcək. Biz buna inanırıq. Saytımızın həyata keçirdiyi bu layihənin əsas məqsədi kiminsə səhvini ifşa etmək deyil. Biz sizinlə
birlikdə səhvləri təhlil edəcək, onların düzəlişi üçün çıxış yolları arayacağıq.
Biz heç vaxt öz adımızdan fikir yürütməyəcəyik. Hər bir sözümüzün arxasında futbol oyun qaydaları duracaq. Biz hər bir qərarımızda futbol oyun qaydalarına əsəslanacağıq. Bu gün hər bir azarkeş, məşqçi, futbolçu, mətbuat işçisi, mütəxəssis, alim, mühəndis, millət vəkili, nazir, fəhlə, sahibkar və digərləri futbol oyunu ilə maraqlanır. Əbəs yerə futbol milyonların sevdiyi oyun növü sayılmır. Hamı oyun ərzində yaranan mübahisəli epizodları təhlil etməyə və qərar verməyə çalışır. Ancaq unutmayın ki, bu təhlilləri aparmaq və qərar vermək səlahiyyəti yalnız futbol hakiminə məxsusdur. Bu futbol oyun qaydalarında çox sadə dildə qeyd olunub.
“ HAKİMİN QƏRARI QƏTİDİR VƏ DƏYİŞMƏZDİR”
İlk oyun qaydaları 1863 və 1886-cı illərdə təsdiq olunub. Həmin dövrdə heç bir futbol təşkilatı fəaliyyət göstərmirdi. Yeganə təşkilat dörd Britaniya ölkəsini təmsil edən və müasir dövrümüzdə Qaydalar Komitəsi adlanan struktur olub. FİFA bu təşkilata 1913-ildə qoşulub.
Təəssüflər olsun ki, ilk dəfə meydana çıxan və ilk dəfə fitdən istifadə edən hakimin adı məlum deyil. Oyunu kənardan idarə edən hakim isə 1891-ci ildə meydana çıxmaq şansı qazanıb. Məhz o vaxtdan başlayaraq, meydanda “üçüncü komanda” mübarizəyə qoşulub.
Tofiq Bəhramov və Eldar Əzimzadə korifey hakimlər kimi, Azərbaycanı bütün dünyada tanıdıb. Əbəs yerə yalnız möhkəm xarakterli, cəsur, soyuqqanlı, mənəvi saf, inadkar və güclü iradəyə malik insanların hakimlik edə biləcəyi deyilmir.
Beləliklə bizim oyunumuz davam edir.
[img]https://englandmemories.files.wordpress.com/2016/04/img_3545.png?w=705[/img]
Mən etiraz edirəm
Bəli, biz daha bir hadisəni yaşadıq. Mən hesab etdim ki, bu barədə öz fikirlərimi oxucularımızla bölüşməliyəm. Təxminən 10 ilə yaxındır ki, dünya futbol hakimliyində dəyişikliklər baş verib. Sabiq italiyalı hakim Pyerluigi Kollina bu sahəyə rəhbər təyin olunub. Maraqlı hakimlik həyatı görmüş bir şəxs kimi onu deməliyəm ki, həyatda çox sevdiyim, sənətinə pərəstiş etdiyim hakimlər olub və bu gün də var.Təəssüflər olsun ki, Kollina onların arasında heç vaxt olmayıb. Çoxları hesab edirdi ki, bu mütəxəssisin rəhbərliyi altında hər şey yaxşılğa doğru dəyişəcək. Bəziləri güman edirdi ki, italiyalı bu sahədə dönüş yaradacaq. Halbuki, təxminən 10 il bundan qabaq hakimlikdə indiki kimi qlobal problemlərin olduğunu xatırlamıram. Ortaya çıxan böyük problemlər: qapıdan keçən topu hakim görmədi, oyundankənar vəziyyətdən qol vuruldu, hakim mərkəzi göstərdi, qayda pozuntusu olmadığı halda 11 metrlik cərimə zərbəsi təyin olundu, futbolçu rəqibə qarşı aqressiv davrandı, hərəkətlərində qəddarlıq nümayiş etdirdi hakim isə buna reaksiya vermədi. Bəli bu epizodlar son 10 illiyin mənzərəsidir. Bu hadisələrin arxasında Kollinanın rəhbərlik etdiyi komanda durur. Onu da qeyd etməliyəm ki, böyük eksperimentlərə start məhz həmin illərdə verilib. Eksperimentlər başladıqdan sonra top mərkəzdən geriyə ötürülməyə başladı. Özünüz fikirləşin, idman prinsipləri irəliyə, qələbəyə doğru getdiyi halda biz başlanğıc zərbəni geri ötürdük. Onun ilk eksperimentlərindən biri olan,qapı arxasında əlavə köməkçi hakimlər bu gün artıq öz effektini itirmək üzrədir. Həmin illər qaydalara dəyişiliklər və əlavələr böyük sürətlə artmağa başladı. Qaydalar Komitəsi bir çox epizodların təhlili zamanı maraqlı təkliflər irəli sürdü. Bu gün haqqında bəhs etdiyimiz Qaydalar Komitəsi artıq sərbəst deyil. Orda fəaliyyət göstərən FİFA-nın 4 nümayəndəsi, 4 Britaniya ölkəsinin nümayəndələrindən üstündü. Və yekun söz onlara məxsusdu. Biz dəfələrlə qeyd etmişik ki, son illər qaydalardakı dəyişikliklər, əlavələr, təlimatlarda verilən izahatlar ondan irəli gəlir ki, futbol inkişaf edir, sürət artır, çoxlu güc sərf olunur. Mütəxəssislər qeyd edir ki, oyun qaydaları sadələşdirilir və bunun müqabilində oyun qaydaları kitabı tədricən kiçilir. Əslində isə heç də belə deyil.Əgər son 2 ilin futbol oyun qaydaları kitabına nəzər yetirsəniz, onun tədricən böyüdüyünün şahidi olacaqsınız. Deməli bu eksperimentlərin faydası olmayıb. İllər boyu futbol oyun qaydaları kitabının üzərində yazılan: For the Game. For the World - yazıları artıq yoxa çıxıb. Artıq FİFA yeni eksperimentlərə start verib. Mən bunu futbolun, hakimliyin inkişafına yönələn addım hesab etmirəm. Özünüz fikirləşin, hakim oyunu saxlayır və tribunadan gələn göstərişlə qərar verir. Sizcə, bu qərar hakimin avtoritetinə necə təsir edər? Buna sadə dildə kənardan müdaxilə deyilir. Əgər FİFA hakimliyi inkişaf etdirmək istəyirsə, ilk növbədə peşəkarlığa doğru addım atmalıdı.Öz strukturlarında islahatlar aparmalıdı.
Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin sədri Gülağa Cabbarov
Hakim üstünlük prinsipindən istifadə edir
Əziz futbolsevərlər beləliklə oyunumuz davam edir. 2017-2018-ci il futbol oyun qaydaları kitabı son illərin qaydaları arasında ən qalın kitabdır desək, yanılmarıq. Artıq son bir neçə ildə əlavə izahatlar və təlimatlar kimi təqdim olunan yeniliklər qaydalar formasında öz əksini bu kitabda tapıb. 2016-2017-ci il Qaydalar Komitəsinin tarixində, oyun qaydalarına baxış ətraflı və uzaqgörənliyi ilə seçilir. Burada əsas məqsəd qaydaları daha dəqiq və əlçatan etmək idi ki, onlar müasir oyunların tələblərinə cavab versinlər. Hər bir genişmiqyaslı baxışın inkişafının ikinci mərhələsi var və 2017-2018-ci il qaydalarındakı bir çox dəyişikliklər mətni tərcüməni daha sadə etmək üçün aydınlaşdırılıb. Əsas dəyişikliklər - bütün dünyadan toplanmış fərdi şəxslərin, qrupların, Milli Federasiyaların sorğusunun yekun nəticəsidir. Aydınlaşmalara əlavə olaraq, 2016-2017-ci il Qaydaların yenidən baxılmasında müəyyən edilmiş prinsiplərin genişləndirilməsi olan bəzi dəyişikliklər mövcuddur. Məsələn: İntizam tənzimləməsinin aradan qaldırılması fəlsəfəsi; Dəqiq bir fürsətdən məhrum edilmək üçün xəbərdarlığa qədər, cərimə meydanına girən oyunçunun topa oynamağa çalışdığı anda, cərimə meydançasındakı perspektivli bir hücumu pozmaq üçün istifadə edildikdə, heç bir xəbərdarlıq edilmir; Hakimin icazəsi olmadan meydana girən və oyuna müdaxilə edən oyunçu, ehtiyat oyunçu və rəsmi şəxs kimi cərimə zərbəsi ilə cəzalandırılır. Qaydalar Komitəsi 3 mart 2017-ci ildə Londonda keçirilmiş 131-ci ümumi yığıncağında futbolun inkişafı və təbliğini təşviq etmək üçün bəzi əhəmiyyətli dəyişiklikləri təsdiqlədi: Milli Federasiyaların fəaliyyətinin təşviq edilməsi məqsədi ilə Qaydaların bəzi təşkilati aspektlərini dəyişdirmək üçün imkanların genişləndirilməsi, Milli Federasiyaların öz ölkələrində futbolun inkişafının istiqamətlərini yaxşı bildiklərinə görə, müvəqqəti kənarlaşdırılmalar,(cəza oturacaqları) xəbərdarlıqların mümkün alternativi kimi yeniyetmə, veteran və fiziki imkanları məhdudlaşdırılmışların futbolunda tətbiq edilsin. Yeniyetmələrin veteranların və fiziki imkanları məhdudlaşdırılmışların futbolunda geriyə əvəzetmələrin istifadəsi genişləndirilsin.
Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin sədri Gülağa Cabbarov
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |