Aelita Xələfova:"Azyaşlı qızlar gözümün içinə baxıb ağlayırdı" ...ŞOK
Görün bədii gimnastika yığmamızın baş məşqçisi Mariana Vasilyeva bu idman növünə, neçə-neçə gimnasta nə qədər zərbə vurubsa, hələ də bu mövzuya nöqtə qoya bilmirik.Bu dəfə hansısa idmançının valideyniylə yox, məhz haqsızlıqla üzləşən, bolqar mütəxəssis tərəfindən döyülən gimnastlardan biriylə danışdıq.
Aelita Xələfovanı dinləyək: "2007-12-ci illərdə yığmada yer almışam. Həm yeniyetmələr, həm də böyüklərdən ibarət qrup komandamızın üzvü olmuşam. Həm Natalya Nərimanovanın, həm də Mariana Vasilyevanın rəhbərliyi altında çalışmışam. Pekin-2008 ərəfəsində sırf kompozisiya üçün hərəkətləri müəyyənləşdirmək məqsədiylə bolqar məşqçi bura dəvət edilmişdi.Vasilyeva daha sonra qızını, bacısını, bacısının qızını da bura gətirdi.Ancaq məşqçi kimi gətirdiyi bacısı 3-4 aydan sonra geri qayıtdı. Olimpiadaya komandanı Natalya xanım baş məşqçi kimi aparanda Mariana onun köməkçisi idi. London-2012-yə lisenziya qazanmalıydıq. O zaman artıq böyüklərdən ibarət qrup komandasının üzvüydüm. 2011-də Fransada keçirilən lisenziya xarakterli dünya çempionatında 13-cü yeri tutduq. Halbuki Vasilyeva demişdi ki, ilk "6-lıq”da olacağıq. Məşqlərimiz çox ağır keçirdi. Psixoloji təzyiqlə yanaşı, hədsiz yüklənmə var idi. Həmin yarışdan sonra ayağımdan iki dəfə əməliyyat olundum. 2009-da Bakıda keçirilən Avropa çempionatında komanda hesabında 2-ci yeri tutduq. Həmin vaxt Vasilyevanın əsl simasını gördüm. Gimnastları döyürdü. Burnumuzdan qan da gəlirdi. Amma hamı susurdu. Sanki belə də olmalıydı. Elə valideynlər vardı ki, sakitcə kənardan izləyirdi ki, onun qızını necə çırpırlar. 2009-da yığmanın kapitanı idim. Səhər saat 5-də yuxudan durub, zala məşqə yollanırdıq. Bəzən gecə saat 12-yə kimi hazırlıq keçirdik. O qədər yorulurduq ki, otelə çatan kimi dərhal yatırdıq. Yüklənmə böyük olduğundan əksəriyyətimizdə zədələr yaranmışdı. Amma baş məşqçi buna məhəl qoymurdu."Biz nəticə qazanmalıyıq” deyib ağır məşqlərə davam edirdi. 6 mm yırtığı olan gimnastı zorla məşq etdirirdi. Orda çox şeylər olub. Saatlarla bu haqda danışa bilərəm. Ancaq sizə ən önəmlilərini söyləyəcəm. Baş məşqçinin qeyri-peşəkar addımı nəticəsində bu idmandan ayrılmaq məcburiyyətində qaldım. Ancaq indi fikirləşirəm ki, nə yaxşı vaxtında karyeramı bitirdim.Yoxsa indi nə hala düşərdim, bir Allah bilir. Birinci əməliyyatım 2011-də burda, ikinci əməliyyatım isə 2012-də Bolqarıstanda oldu. Ordan əlil arabasında qayıtmışam. Ayağımda çapıq qaldı. Mənə ən pis təsir edən o oldu ki, əsayla zala gələndə baş katib Fərid Qayıbov heç durub salam da vermədi. Halbuki azyaşlı qızlar gözümün içinə baxıb ağlayırdı.Qardaşımın təkidiylə gimnastikada qaldım. Amma Bolqarıstanda olanda baş məşqçi məndən 3 yaş kiçik qızı Siyananı kapitan təyin etmişdi. Bundan sonra 2 gimnast yığmaya gətirildi. Hazırda federasiyada çalışan bir nəfər o gimnastların adını məndən istədi. Mən də ona söylədim. Bundan sonra həmin idmançıların "milliləşdirilməsi” prosesi baş tutmadı. Onlar ölkələrinə - Rusiyaya qayıtdılar. Baş məşqçi məni təcili evinə çağırdı. Anamla evinə yollandım. Vasilyeva dedi ki, sənin o qızların adlarını verdiyin adamın kimliyini mənə de, deməsən, yığmadan uzaqlaşdıracam. Mən də onun sözləriylə razılaşmadım və karyeramı bitirdim.
Yeniyetmələrdən ibarət yığmaya cəlb olunanda 200 manat maaş alırdım. Tədricən əməkhaqqım 700 manata çatmışdı. Ancaq tez-tez baş məşqçi müxtəlif bəhanələrlə "səni cərimələyirəm” deyib, pulumu kəsirdi. Yarışlara gedəndə "sutoçnı” gah olurdu, gah da yox. Baş məşqçinin ən çox döydüyü qızlar Ləman Dadaşlı və Gülsüm Şəfizadə idi.
Hazırda məşqçi kimi çalışıram. Federasiyadan artıq heç nə ummuram. Dəvət etsələr də, yığmada işləmərəm. Mən azyaşlı uşaqları çalışdırıram. Ancaq peşəkar səviyyədə gimnast yetişdirmirəm. Müəyyən səviyyəyə çatanda qızları başqa məşqçilərə verirəm”.
Sərxan Musalı/Futbol+ qəzeti
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
İntizam Komitəsinin qərarı ləğv olundu 29.03.2024, 12:29
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA 29.03.2024, 12:14
“Sumqayıt” - “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 11:47
"Qəbələ" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq 29.03.2024, 10:37
Xviçaya yeni müqavilə təklif edirlər 29.03.2024, 09:57
Lunyov Bakıda hər ay nə qədər pul xərcləyir? 29.03.2024, 09:47
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |